Ermənilərin mina terroru qurbanlarının sayı 383 nəfərə çatdı XİN dən bəyanat
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
Gununsesi.info xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.
Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.
Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.
Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Fevral 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















