“Ermənistan Aİ missiyasından təzyiq rıçağı kimi istifadə edir” Tofiq Zülfüqarov
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazır olduğunu bildirib. "Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", - o qeyd edib.
Məsələyə münasibət bildirən politoloq Tofiq Zülfüqarov Bakupost.az -a deyib ki, Aİ missiyasının bu gün bölgədəki fəaliyyəti siyasi təzyiq rıçağı kimi istifadə edilir. Təbii ki, Azərbaycan bunu qəbuledilməz hesab edir. Bu doğurdan da qəbuledilməzdir: “Aİ-nin mülki missiyasının mandatı Ermənistan ərazisində fəaliyyət göstməkdir. Onlar isə öz missiyalarından kənara çıxır və ərazilərin delimitasiya olunmamış hissələrinə gəlib-gedirlər. Vaxtaşırı gəlib bizim ərazilərimizə binokllarla baxırlar. Bizi narahat edən əsas məsələ onların müəyyən olunmamış sərhədlərdə fəaliyyət göstərmələridir. Onlar bununla Ermənistana siyasi dəstək verirlər”.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















