Icma.az
close
up
RU
Ermənistan Aİ yolunda irəliləyir, Rusiya hələ sərt reaksiya vermir

Ermənistan Aİ yolunda irəliləyir, Rusiya hələ sərt reaksiya vermir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını Ermənistana təqdim edib. Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə direktor müavini Yohannes Luxner bu məsələni müzakirə etmək məqsədilə İrəvanda səfərdədir. 

O, artıq daxili işlər naziri Arpine Sarkisyanla görüşüb. Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib. Avropa Komissiyasının nümayəndəsinin Ermənistana səfəri noyabrın 6-dək davam edəcək. Qeyd edək ki, Ermənistanın Qərbə inteqrasiya siyasəti Rusiyanı heç də məmnun etmir. Ara-sıra Rusiya rəsmiləri İrəvanın Aİ ilə əməkdaşlığına eyham vurur, Ermənistanın hələ də KTMT, Avrasiya İqtisadi Birliyinin üzvü olduğunu xatırladırlar. 


Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Avropa İttifaqı ilə münasibətlərinin Ukrayna müharibəsi səbəbi ilə kəskinləşməsi fonunda Ermənistanın Aİ-yə inteqrasiya etmək cəhdləri Mosvanı ciddi şəkildə narahat etmir. Ekspert vurğulayıb ki, Rusiya ümumi prosesi nəzarətdə saxlayır: 

"Ermənistanın Qərbə inteqrasiyası iqtisadi əlaqələrdən o tərəfə getmədikcə, Rusiya bundan narahat olmur. Hətta Ukrayna məsələsində də Rusiya Ukraynanın Aİ-yə üzv olmasına razıdır, amma NATO-ya üzv olmasına göstərdiyi reaksiya sərtdir və elə müharibə də buna görə başlayıb. Aİ ilə inteqrasiya əslində, təkcə Ermənistan yox, Azərbaycan da daxil bütün regionların ölkələri üçün əhəmiyyətlidir. Aİ-nin özü də bu əməkdaşlıqda maraqlıdır. Orta Asiya ölkələri ilə Aİ-nin iqtisadi sahədəki maraqlarının üst-üstə düşdüyünü də görürük. Bu əlaqələr Aİ üçün xammal ehtiyacından tutmuş, siyasi sferada əməkdaşlığa kimi maraq dairəsindədir. Rusiya isə çalışır ki, buna qısqanclıqla yanaşmasın. İndiki məqamda Ermənistanın Aİ ilə inteqrasiyasına ciddi reaksiya yoxdur. Amma geniş mənada Rusiyanın qlobal maraqlarına təhdid yaranması fonunda Moskvanın fərqli mövqe sərgiləyəcəyi ehtimalı da gözardı edilməməlidir".


İsmayıl
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri