Icma.az
close
up
RU
Ermənistan Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı

Ermənistan Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Mərhum Roma Papası Fransisk hakimiyyəti dövründə fəal şəkildə xeyriyyəçiliklə məşğul olmuşdu. Onun səyləri ilə Romada evsizlərin paltar, tibbi yardım və qida ala biləcəyi xeyriyyə mərkəzləri yaradılmışdı.

Katolik dünyasının ruhani lideri, Roma Papası Fransiskin ölümü yalnız katolik kilsəsi deyil, bütün dünya üçün ciddi itki kimi qarşılanıb. O, Ukrayna müharibəsindən tutmuş, Ermənistan-Azərbaycan münaqişəsinə kimi bütün qlobal məsələlərə münasibəti ilə seçilib. Ən əsası, katolik kilsəsində inqilabi islahatlar aparması ilə yadda qalıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Mənə qızıl qəfəs lazım deyil"

Fransisk tabutun təntənəli möhürlənmə mərasimindən və onun pontifikliyi dövründə zərb edilmiş sikkələrin, əməllərinin qısa təsvirinin tabuta qoyulması ənənəsindən də imtina edib, sink üzlüklü sadə taxta tabut seçib. Başdaşında isə bir söz həkk olunacaq - Fransisk. 12 illik fəaliyyəti dövründəki islahatları, çağırışları onu maraqlı bir şəxsiyyət kimi yadda saxlamağa imkan verir. Vatikanda olduğu müddətdə pontifik sadə həyat tərzi sürmüşdü: sadə gümüş xaç taxmış, Prada qırmızı ayaqqabıları əvəzinə qara ayaqqabılar geymiş, papa taxtını adi stulla əvəz etmişdi. "Mənə qızıl qəfəs lazım deyil", - deyə o, dəbdəbəli papa otaqlarından daha sadə "Casa Santa Marta" iqamətgahına köçərkən söyləmişdi.

Hakimiyyəti dövründə Fransisk fəal şəkildə xeyriyyəçiliklə məşğul olmuşdu. Onun səyləri ilə Romada evsizlərin paltar, tibbi yardım və qida ala biləcəyi xeyriyyə mərkəzləri yaradılmışdı.

Fransisk Vatikanın yaxınlığında qaçqınlar üçün sığınacaq açmış və şəxsən onun işini yoxlamış, 2016-cı ildə isə Belçikadakı terror aktlarından sonra İtaliyada miqrantlar mərkəzində induslar və müsəlmanlar da daxil olmaqla qaçqınların ayaqlarını yuması ilə gündəmə gəlmişdi. Kilsə başçısı vurğulamışdı ki, məbədin qapıları hamı üçün, hətta ən bədbəxt və rədd edilənlər üçün də açıqdır. 2023-cü ildə isə transgenderlərlə naharda iştirak edərək "onlar da Allahın övladlarıdır" demişdi.

Futbola dəlicəsinə aşiq olsa da...

Yeri gəlmişkən, Roma Papası futbola dəlicəsinə aşiq olsa da, 30 ildən artıqdır ki, ona baxmırdı. O, Maradona, Messi və Ronaldo heyranı idi, amma Peleyə üstünlük verib. Böyük futbol azarkeşi Argentinanın "San Lorenzo" klubunu dəstəkləyirdi. 2014-cü ildə komanda tarixdə ilk dəfə Libertadores kubokunu qazananda qələbəni onlarla birlikdə qeyd etmişdi. 2023-cü ildə Papadan həmyerliləri Maradona və Messi arasında seçim etmək istənmişdi. Lakin o, gözlənilmədən öz variantını səsləndirmişdi - Pele.

Yeni Papa kim ola bilər?

Fransisk LGBT, miqrantlara dəstək, kilsədə qadınların hüquqlarının genişləndirilməsini müdafiə edirdi. Buna görə mühafizəkarlar tərəfindən tənqid olunurdu. O, Vatikanın maliyyə və inzibati sistemində islahatlar apardı, dinlərarası dialoqa başladı - ilk dəfə pravoslav patriarxı ilə görüşdü və müsəlman Əbu-Dabidə mitinq keçirdi.

"Newsweek" jurnalının qeyd etdiyi kimi, pontifikin həyata keçirdiyi islahatlar gələcək səsvermədə əhəmiyyətli dəyişikliklər edəcək və gözlənilməz nəticələrə gətirib çıxara bilər. Fransiskin vəfatından əvvəl belə, ekspertlər Roma taxtında onun mümkün varislərini müzakirə etməyə başlamışdılar. "The Independent" nəşrinin fikrincə, bu, mərhum Papanın rəğbət bəslədiyi 69 yaşlı kardinal Matteo Dzuppi ola bilər. 2022-ci ilin mayından o, İtaliya Yepiskoplar Konfransının rəhbəri vəzifəsini tutur. Dzuppi diplomatik fəaliyyəti ilə tanınır: o, ABŞ-nin keçmiş prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Papa Fransisk onun "Ukrayna münaqişəsindəki gərginliyin azaldılmasına töhfəsini" qeyd edib. Digər namizəd Müqəddəs Taxtın 70 yaşlı dövlət katibi Pietro Parolindir. O, Papa Fransisklə 11 il işləyib və mülayim siyasi baxışları ilə tanınır. Bundan əvvəl Parolin həyatının bir hissəsini Müqəddəs Taxtın Nigeriya və Meksikadakı diplomatik missiyasında xidmət edib.

Daha bir ciddi namizəd 67 yaşlı kardinal Luis Antonio Tagle hesab edilir. O, Roma-katolik kilsəsi tarixində Filippin mənşəli yeddinci kardinaldır. Onu liberal baxışlarına görə "Asiya Papası Fransisk" adlandırırlar və katolik kilsəsinin mütərəqqi qanadının nümayəndələrinə aid edirlər.

ABŞ seçkilərə müdaxilə edəcək?

İstisna deyil ki, seçki prosesinə bu və ya digər şəkildə hazırkı Vaşinqton administrasiyasına yaxın olan nüfuzlu katoliklər müdaxilə edəcəklər. Papa Fransiskin görüşdüyü son görkəmli siyasətçi, özü də yaxınlarda katolik kilsəsinə qoşulmuş ABŞ vitse-prezidenti Vens olub. Lakin liberal baxışları ilə tanınan mərhum Papa ilə Donald Trampın tərəfdarları olan xristian fundamentalistləri arasında bir sıra mühüm məsələlər üzrə tezliklə fikir ayrılıqları ortaya çıxmışdı. İndi Fransiskin ölümündən sonra, katolik kilsəsindəki bir çox nüfuzlu şəxslər ABŞ-nin sağ-mühafizəkar katoliklərinin öz məhdudiyyətsiz maliyyə resurslarından istifadə edərək yeni Papa seçkilərinin nəticəsinə təsir göstərəcəklərindən və öz həmfikirlərini hakimiyyətə gətirəcəklərindən ehtiyat edirlər.

Dünya mediası yeni papanın seçkiləri haqqında

Papa Fransiskin ölümü kütləvi informasiya vasitələrində müzakirə olunan ən əsas hadisələrdən biri olaraq qalır. "Tagesschau" yazır ki, kardinallar Fransisklə keçən çox narahat illərdən sonra kilsədəki dəyişiklikləri yavaşlatmaq istəyəcəklər. "The Independent"ə görə, "katolik kilsəsi keçmişdə İngiltərə kilsəsinin etdiyi kimi bir şeyi etmək cazibəsindən qaçmalıdır: modernçini ənənəçi ilə əvəz edərək və ya əksinə, rəqqas siyasəti oynamaq".

MSNBC isə qeyd edir ki, Fransiskin vəfatı islahatçılar və ənənəçilər arasındakı daxili mübarizəni ön plana çıxaracaq. "Le Figaro" isə bu qənaətdədir ki, Roma Papasını əvəz etmək asan iş deyil. Sual ondan ibarətdir ki, onlar düzəliş istəyəcəklər, yoxsa Fransisk tərəfindən müəyyən edilmiş yeni istiqamətlərin təsdiqlənməsini?

Beləliklə, vaxtilə "istəyirəm ki, məni yaxşı oğlan kimi xatırlasınlar, desinlər ki, "o, yaxşı işlər görməyə çalışan yaxşı oğlan idi" deyən Fransisk haqqa qovuşdu. O, sevənlərin yaddaşında böyük şəxsi təvazökarlığı olan bir insan kimi qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see650

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see173

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see148

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see148

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see145

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see143

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see140

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see138

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see136

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see135

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see134

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see131

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see127

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see126

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see124

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see124

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see123

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see120

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see118

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri