Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ermənistan böhran vəziyyətində olan məmləkətdir Analitik

Ermənistan böhran vəziyyətində olan məmləkətdir Analitik

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-ın siyasi elitası üçün prioritet olacaq. Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşündə deyib. O bildirib ki, ABŞ baxımından Ermənistanı dəstəkləməyin ən təsirli yolu nədir” deyə soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin Vaşinqton siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı.

Qeyd edək ki, Paşinyan arvadı Anna Akopyanla birgə Vaşinqtonda işgüzar səfərdədir. 


Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Paşinyan və onun komandasının özlərinə uyğun bir neçə həqiqəti var:


“Ölkə daxilində bir həqiqət təqdim edirlər, daha sonra xaricə gedərək orada başqa həqiqətləri təklif edirlər. Demokratiya haqqında çox dəbdəbəli fikirlər söyləyirlər. Ermənistan əlbəttə ki, böyük dəstəyə, köməyə ehtiyacı olan bir məmləkətdir. Çünki Ermənistan öz suveren problemlərini və hüquqlarını reallaşdıra bilmir. Bu da ondan irəli gəlir ki, ölkə daxilində çox dərin bir xaos yaşanır və hərcmərclik hökm sürür. Digər tərəfdən, hakimiyyət uğrunda gedən bu didişmələr göstərir ki, yetkin qüvvələrin sayı olduqca azdır və hakimiyyətdə təmsil olunan qruplar, partiya və birliklər öz aralarında iş işbirliyi qura bilmirlər. Belə olan halda antiböhran proqramını hazırlayıb üzə çıxarmaqda çətinlik çəkirlər. Ermənistanın isə buna çox böyük ehtiyacı var. Ermənistan böhran vəziyyətində olan məmləkətdir və ona görə də onlar ölkə daxilindən çıxan kimi hay-haray qaldırmağa, vay-şüvən salmağa başlayırlar ki, Ermənistanı xilas etmək lazımdır. Guya Ermənistan çox əlverişsiz qonşuluq şəraitində yaşayır. Azərbaycan və Türkiyə onun nəfəsini kəsmək istəyir. Ermənistanın xilası yalnız və yalnız sülh müqaviləsinin bağlanılmasından keçir. Amma elə bir sülh müqaviləsindən söhbət getməlidir ki, o işlək olsun. Yəni bu gün sülhə imza ataraq sabah yenidən Azərbaycana qarşı təxribat törətmək olmaz. Artıq Azərbaycanın əsəbləri ilə oynaya bilməzlər. Çünki Azərbaycan çox güclü bir məmləkətə çevrilib. Digər tərəfdən də Ermənistanın bu oyunbazlığı, təxribat yönlü hərəkətləri ilə bağlı həmişə cavablarını verməyə hazırdır. Sülh Ermənistana ona görə lazımdır ki, rəsmi İrəvan əlində olan vəsaitləri, ordan burdan dilənib aldığı pulları və digər  resursları silah sursata xərcləməsin. Ermənistanın silah, sursat alması, ordu quruculuğu hazırda lazım deyil. Ermənistanın əsas məsələsi ondan ibarətdir ki, xalqına rifah gətirsin, insanların ölkədən çıxıb getməsinin qarşısını alsınlar. Çünki kimin imkanı varsa Ermənistanı tərk edir. Ermənistanı istəyənlərin də çoxusu uzaqdan-uzağa sevgi göstərir. Ona görə sülh şəraiti Ermənistan siyasətində  öz həlledici rolunu oynamalıdır”.


Ekspert qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlər onun çıxış yolu deyil:

“Qərb öz cibindən hər hansı bir layihənin ödənişini etməzdən əvvəl “yüz ölçüb, bir biçir”. Yəni ermənilər elə bilməsinlər ki, onlar bütün dünyanın gözündə ən qədim, ən sivilizasiyaya çox pay verən bir xalqdır. Qərb investorları, iş adamları pul xərcləyənə qədər çox ciddi monitorinqlər aparırlar. Hər bir vəsait xərcləmək istədikləri tərəfə qruplar göndərir, analiz aparırlar. Buna görə də Ermənistan rəhbərliyi və ictimai xadimləri xarici qüvvələrin onlara yazığı gəlsin deyə suni şəkildə vəziyyəti gərginləşdirirlər. Amma xarici qüvvələr görür ki, Ermənistanın vəziyyətdən çıxış yolunu tapmaq üçün imkanları var. Həmçinin anlayırlar ki, Azərbaycanla Türkiyə Ermənistana  Qərbdən, Şərqdən daha çox kömək etməyə qadirdir. Ermənistan siyasi demaqogiyanı deyil, siyasi duyğunu gücləndirməlidir. pezidenti İlham Əliyev Vətən müharibəsi bitən kimi Ermənistana təklif etdi ki, regionda gedən inteqrasiya layihələrinə qatılsınlar və yavaş-yavaş öz iqtisadiyyatlarını dirçəltsinlər. Onlar isə bunu etmədilər və əksinə olaraq prosesdən qaçdılar. Ermənilər düşünürlər ki, kimsə gəlib onlara rifah sağlayacaq. Bildiyimiz kimi məşhur şansolye Şarl Aznavur erməni rəhbərliyinin, yəni Serj Sarkisyanın adından gələn xahişini qarşılayaraq demişdi: "Mən sizə nə qədər kömək eləməliyəm? Mən artıq ssizə kömək etməkdən yoruldum. Özünüz işləməyi, quruculuq vərdişlərini gücləndirin ki, özünüz qazanasız”. Şarl Aznavurun həmin sözləri ermənilərə bir çağırışdır ki, müqəddəratlarını özləri təyin etməyi öyrənsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri