Ermənistan COP29a gəlib ətraf mühitin qorunması üzrə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirə bilərdi DEPUTAT
Icma.az, Sonxeber.az saytına istinadən bildirir.
"Ermənistan Paris Sazişinin və Konvensiyanın tərəf ölkəsi kimi COP29-a gələ bilərdi, danışıqlarda öz mövqeyini irəli sürüb dünya birliyi ilə həmrəylik nümayiş etdirə bilərdi və ətraf mühitin qorunması üzrə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini siyasi maraqlarını kənara qoyub nümayiş etdirə bilərdi".
Bunu Sonxeber.az-s danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Ermənistan yenə də qeyri-konstruktiv addımlar ataraq, Azərbaycanı COP29 öncəsi yarımçıq sülh müqaviləsi bağlamağa təşviq etmək üzrə uğursuz cəhdlər etdi:
"Azərbaycanın COP29-a ev sahibliyi etməsi üzrə BMT ilə bağladığı "Host country agreement"də sülh müqaviləsi tələbi var? Ya hansısa məhbusu azadlığa buraxmaq tələbi? Bunların əlbəttə ki, mövzuya heç bir aidiyyatı yoxdur. Sülh müqaviləsi yalnız bütün müddəaların və şərtlərin qarşılıqlı razılaşdırılması əsasında imzalana bilər. Məhbuslar isə Azərbaycan Respublikasının qanunlarının tələblərinin ciddi şəkildə pozulması səbəbiylə məhkum ediliblər. Ev sahibliyi üzrə Müqavilənin mətnində məkanın ayrılması, kommunal, nəqliyyat, qeydiyyat, yemək və s. kimi logistik şərtlər yer alır. Ermənistan və havadarları nə qədər cəhd etsələr də, öz niyyətlərinə nail ola bilmədilər. COP29 bütün dünya gündəmini zəbt edib. Cənab Prezident dediyi kimi, dünya Azərbaycana toplaşıb"
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















