Ermənistan gec də olsa suveren siyasət həyata keçirmək xəttini tutan sonuncu Qafqaz ölkəsi
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Respublikası Baş Nazirinin müavini Mher Qriqoryanın ölkəmizə səfərini şərh edərkən çox vacib məqama toxunub. O bildirib ki, ikitərəfli görüş zamanı Azərbaycan neftinin və neft məhsullarının Ermənistana satılması da müzakirə predmetlərindən biri olub".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı səsləndirib. O qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda olan geosiyasi maraqlarının qarşısının tamamilə alınmasının ancaq bir yolu var:
"Regionda yerləşən ölkələrin birgə müqaviməti və Rusiyanın bu ölkələrin hər hansı birinə olan təsir mexanizmlərinin ortadan qaldırılmasında birgə fəaliyyət. Qarabağ probleminin həll olunması, Gürcüstan üzərindən keçməklə nəqliyyat və enerji marşurutlarının çəkilməsi, güclü ordu quruculuğu və bir çox digər şərtləri təmin etməklə Azərbaycan tam şəkildə Rusiyanın təsir imkanlarını sıfıra endirmişdir. Gürcüstan qismən də olsa təsir imkanlarını azaltmağa nail olmuş (ölkə ərazisinin bir qismi-Cənubi Osetiya və Abxaziya hələ də Rusiya işğalındadır) və mümkün qədər müstəqil siyasət həyata keçirməyə çalışır".
Elçin Ağamalı bildirib ki, Ermənistan gec də olsa suveren siyasət həyata keçirmək xəttini tutan sonuncu Qafqaz ölkəsidir:
"Hər zaman Rusiyanın Qafqazda forpostu rolunu oynamış bir ölkə üçün bu olduqca ağrılı bir inkişaf yoludur. Ölkədə nicatı Rusiyada görən siyasi qüvvələr mövcuddur. Kilsə əsrlər boyu Rusiyanın vasitəsilə Azərbaycan torpaqlarına yerləşməyin dadını yaddan çıxarmayıb. Ölkə nəqliyyat və enerji cəhətdən Rusiyadan və onun müttəfiqi olan İrandan tam şəkildə asılıdır. Paşinyan hökuməti birinci iki şərtlərin ortadan qaldırılması üçün mübarizəsini aparır. Ancaq sonuncu şərtin təmin olunması sadəcə Ermənistanın iradəsindən asılı deyil və burada Azərbaycanın kömək və dəstəyinə ehtiyacı vardır. Düşünürəm ki, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat infrastrukturunun yenidən qurulması və açılması, enerji daşıyıcılarının təmin olunması sahəsində əldə olunacaq razılaşma Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla regionun tam suverenliyinə imkan yaradacaqdır. Və Ukrayna-Rusiya müharibəsi başa çatmamış bu proseslər nə qədər tez baş verərsə Ermənistanın tarixi missiyası bir o qədər uğurlu olar".
Süleyman
Bu mövzuda digər xəbərlər:Sərxoşluq statitikası Qafqaz ölkəsi ikinci oldu
18 Avqust 2025 13:20
Ermənistan bu türk ölkəsi ilə vizanı ləğv etdi
02 Oktyabr 2025 10:53
Qafqaz ölkəsi AB dən üzr istəməyi tələb edib...
04 Dekabr 2025 07:21
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq Politoloq
20 Dekabr 2024 16:17
Baxış sayı:40
Bu xəbər 09 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















