Icma.az
close
up
RU
Ermənistan mühəndis istehkam qurğularının sayını artırır: Sülhə təhdid, yoxsa yeni münaqişə?

Ermənistan mühəndis istehkam qurğularının sayını artırır: Sülhə təhdid, yoxsa yeni münaqişə?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Son günlər Ermənistan silahlı qüvvələri özünün birinci eşelon korpuslarının müdafiə zolaqlarında yeni mühəndis-istehkam qurğuları və içərisində dərinləşdirilmiş bunkerlər və betonlaşdırılmış müdafiə qurğuları yaradır".

Bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, bu, Ermənistan silahlı qüvvələrinin silahlanmasının "yol xəritəsi"nin bir hissəsi kimi qiymətləndirilməlidir:

"Sürətli silahlanmanı Ermənistan 2020-ci ilin 8 noyabrından bu günə qədər davam etdirir. Xüsusən də Fransadan, Hindistandan, Yunanıstandan, Amerika Birləşmiş Ştatlarından alınan hücum silahları indi inşa edilən dərinləşdirilmiş bunkerlərdə yerləşdirilir. Məqsəd gələcəkdə Azərbaycana qarşı mümkün ola biləcək yeni münaqişədə bu silahlardan istifadə etməkdir.

Ermənistanın silahlanması, mühəndis-istehkam qurğularının, dərinləşdirilmiş bunkerlərin yaradılması ilə paralel olaraq, şərti sərhəddə Avropa İttifaqının mülki missiyası Azərbaycanın birinci eşelon bölmələrinin dislokasiya rayonlarına dair kəşfiyyat məlumatlarını toplayıb, qərargahlara ötürülməsi fəaliyyətini icra edir. İndi Ermənistanın ABŞ ilə bağladığı strateji tərəfdaşlıq xartiyası çərçivəsində də ABŞ sərhədçilərinin və gömrük nəzarətçilərinin Ermənistan sərhədinə gətirilməsi həyata keçiriləcək. Bütün istiqamətlərdə baş verən bu proseslər göstərir ki, Ermənistan sülh mesajlarının verilməsi fonunda, əksinə olaraq, sürətlə silahlanır və mümkün ola biləcək yeni münaqişədə istifadə oluna biləcək silah və texnikanı yeni yaradılmış bunkerlərdə yerləşdirərək, Azərbaycana qarşı istifadə etməyi planlaşdırır".

"Sülh sazişi olmadığı bir müddətdə biz bununla yanaşı, Ermənistan tərəfindən şərti sərhəddə mümkün təxribatları da gözləməliyik. Adətən, müşahidə məntəqələrimizin yaxınlığında və yaxud birinci eşelon bölmələrimizin müdafiə rayonlarında diversiya-təxribat fəaliyyətləri həyata keçirilir və Azərbaycanı da adekvat addım atmağa təhrik edirlər. Sülh sazişi olmadığı üçün bu təxribatlar avtomatik olaraq yeni münaqişəyə çevrilir. Nəzərə alsaq ki, Ermənistanı dəstəkləyən qüvvələrin də bizim coğrafiya ilə bağlı planları var, ona görə də onlar hər formada belə təxribatlara əl atırlar", - deyə ekspert vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra həqiqəti dərk edəcəyi, beynəlxalq hüquqa söykənən normal qonşuluq münasibətləri qurmağa çalışacağı gözlənilsə də, məlum olur ki, həqiqət hələ də onlara çatmayıb:

"Onlar yenə də köhnə və yeni hamilərinin məsləhətləri ilə Azərbaycana qarşı təxribatlar törətməyə meyillidirlər. Ermənilər öz ərazilərində hərbi istehkamlar qura bilərlər, mümkündür ki, onlara xaricdən ayrılan pulun bir hissəsi də məhz buna yönəldilib, ancaq onu da bilməlidirlər ki, heç bir zaman Azərbaycanın hərbi qüdrətinə çata bilməzlər. Ermənilər düşünməsinlər ki, Azərbaycanın səbrini yoxlayacaqlar, amma bu, cavabsız qalacaq. Şübhəsiz ki, Azərbaycan bu prosesləri izləyir və ölkəmizə qarşı hər hansı bir təxribat olarsa, buna qarşı sərt və uzun müddət yaddan çıxarılmayacaq cavab veriləcək".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri