Ermənistan ordusuna əmr verilib: geri çəkilirik, ərazilər qaytarılır Kerobyan
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Tavuşda Ermənistan ordusunun hərbçilərinə mövqelərindən geri çəkilmək əmri verilib”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hayekve” assosiasiyasının İdarə Heyətinin üzvü Avetik Kerobyan çıxış edib.
Kerobyan komandanlıqdan bölgəyə gedənlərin ərazilərdən geri çəkilmə əmrini verdiyini deyib:
“Sünikdə (Zəngəzur – red.) bəzi mövqelərin təslim edilməsi xəbərini də sonradan öyrənmişdik. Tavuşda da eyni vəziyyətlə üzləşəcəyik. Ərazilər növbəti mərhələdə Azərbaycana veriləcək”.
Qeyd edək ki, bundan öncə Tavuş bölgəsində delimitasiya və demarkasiya prosesi çərçivəsində sərhəddə yerləşən bəzi ərazilərin minalardan təmizləndiyi açıqlanıb. Ermənistan Müdafiə Nazirliyi həmin ərazidə çıxarılmış minaların partladılacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Azərbaycanın işğalda olan Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin prosesin növbəti mərhələsində təhvil veriləcəyi, bu barədə razılaşmanın əldə edildiyi iddia olunur.
Ayşən Mustafa
Globalinbfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















