Ermənistan rəsmisi: Bakı ilə itkin düşmüş şəxslərin birgə axtarışı üzrə ilkin razılıq var
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Azərbaycan və Ermənistanın müvafiq strukturları keçmiş Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yönəlmiş birgə axtarış işlərinin aparılması barədə ilkin razılıq əldə ediblər.
"Report” xəbər verir ki, bu barədə iyunun 4-də Ermənistan parlamentində brifinq zamanı Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan iki ölkənin itkin düşmüş şəxslər üzrə komissiyalarının görüşünün nəticələri barədə danışarkən bildirib.
"Bəli, görüş baş tutdu, bu, artıq ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış işləri müzakirə olundu. Bu işlərin daimi xarakter daşıyacağı barədə ilkin razılıq var. Mən bu görüşü müsbət hesab edirəm", - MTX direktoru deyib.
A.Abazyan vurğulayıb ki, nəticənin nə vaxt olacağını dəqiq söyləmək mümkün deyil, amma bu istiqamətdə hər şey edilir.
Qeyd edək ki, bu gün Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















