Ermənistan yenə kənarda qadı
Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.
Martın 5-də hörmətli Prezidentimiz cənab İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyənin hörmətli Prezidenti cənab Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət daşıyır.
İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcəkdir. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı.
Cənab Prezident mətbuata açıqlamasında bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və Türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Yəni, biz bu tarixi faktı unutmamışıq. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müəssər olmayacağını bir daha xatırlatmaq idi.
Ankarada hər iki Lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar.
Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və biri-birinə hər cür dəstək vermək əzmindədir, dedilər.
Bu həm də o deməkdir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh yaratma missiyasını, Azərbaycan da Türkiyənin Suriyada sabitliyin bərqərar olması və dövlətçiliyinin bərpası, PKK və ona bənzər terror təşkilatlarının Suriya və İraqda tərkisilah olunması və ləğv edilməsi istiqamətindəki səylərini tam olaraq dəstəkləyir.
O da həqiqətdir ki, bu gün yaxın şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və sanballı töhvəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbayan və bütövlükdə Türk Dövlətləri Təşkilatı üçün də yeni imkanlar deməkdir.
Hazırda biz dünyada yaşanan çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik edirik.
Azay Quliyev,
Milli Məclisi deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















