Icma.az
close
up
RU
Ermənistan yeni tərəfdaşlıq addımları ilə Rusiyanın orbit indən çıxdığını sübut etməyə çalışır

Ermənistan yeni tərəfdaşlıq addımları ilə Rusiyanın orbit indən çıxdığını sübut etməyə çalışır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri iki ay bundan çox əvvəl planlaşdırılıb". Bu barədə Ermənistanın XİN-in rəsmi nümayəndəsi Ani Badalyan məlumat verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Lavrovun erməni həmkarının Moskvaya dəvət olunması ilə bağlı açıqlamasını belə şərh edib. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən çətinliklərin olduğunu, lakin dialoqun davam etdiyini, yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin planlaşdırıldığını bildirmişdi.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq xartiyası imzalanması həmçinin, Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsinin Nazirlər Kabinetində təsdiq edilərək, parlamentə göndərilməsi göründüyü Ermənistan artıq Rusiya "orbit"indən çıxdığını sübut edir.

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, Ermənistana Qərbdən “öz mövqeyini seçməlisən, Rusiyadan uzaqlaşmalısan” təlimatı verilib və hazırda bu istiqamətdə siyasət davam edir.

Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya Ermənistanı itirmək istəmir və bu səbəbdən Avrasiya İqtisadi Təşkilatının tərkibində Ermənistanla çox ciddi əlaqələr qurur, yenə də Ermənistanla dialoqu davam etdirməyə çalışır.

“Ermənistan xarici işlər naziri Rusiyaya deyil, Amerikaya səfər etdi. Düşünürəm ki, Lavrovun açıqlaması Rusiyanın Ermənistanı itirməmək üçün verdiyi mesajın tərkib hissəsidir. Ermənistan Lavrovun bu açıqlamasını ciddiyə almayacaq və Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirəcək. Rusiyanın cəhdləri müsbət nəticə verməyəcək. Ararat Mirzoyanın da Rusiyaya səfəri gözlənilmir. Çünki Rusiyaya gedib nə danışacaq və ya necə danışacaq?”-deyən politoloq hesab edir ki, Ermənistan artıq öz strateji prioritetini Avropa İttifaqı və ABŞ-la qurur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri