Icma.az
close
up
RU
Ermənistana neft tədarükü Azərbaycan üçün yeni ixrac imkanlarıdır Vüqar Bayramov

Ermənistana neft tədarükü Azərbaycan üçün yeni ixrac imkanlarıdır Vüqar Bayramov

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı iqtisadi əlaqələrin bərpası və eyni zamanda xüsusən enerji sahəsində əməkdaşlıq müzakirə edilən mövzulardan idi.

Onun sözlərinə görə, sülh gündəliyinə uyğun olaraq Azərbaycan regionda sülhün formalaşmasına və dayanıqlı sülhün əldə edilməsinə töhfəsini bir daha nümayiş etdirdi:

"Əslində, Ermənistana neft məhsullarının göndərilməsi bir daha Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasında maraqlı olduğunu təsdiq etdi.

Təbii ki, Ermənistan bütövlükdə mavi qaza olan tələbatının 85%-dən çoxunu, eyni zamanda neft məhsullarının 60%-dən çoxunu bir ölkədən alır. Ona görə də Azərbaycanın Ermənistana neft ixracatı Ermənistan enerji bazarında Azərbaycanın müəyyən seqmentə malik olmasına və bu istiqamətdə mövqeyinin formalaşmasına, güclənməsinə gətirib çıxara bilər.

Ümumiyyətlə, bu tip əməkdaşlıq bir tərəfdən Azərbaycan üçün yeni ixrac imkanlarıdır, digər tərəfdən isə Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edir. Yeni vəziyyət fonunda biz Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsini müşahidə edirik. Məsələn, bu baxımdan da Ermənistana neftin ixracatı yalnız Azərbaycanın Ermənistan enerji bazarında pay sahibi olması deyil, eyni zamanda ölkəmizin regionda mövqeyinin daha da güclənməsi kimi xarakterizə olunmalıdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri