Icma.az
close
up
RU
Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir Deputat

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin ‘Konstitusiya və Suverenlik İli" ilə bağlı Amnistiya təşəbbüsü irəli sürməsi mühüm addımdır. Xatırladım ki, Azərbaycan müstəqillik qazandıqdan indiyədək 117 min nəfərə şamil olunan 13 amnistiya aktı qəbul edilib ki, indiki təşəbbüs bir növ 2021-ci ildə 8 Noyabr Zəfər Günü ilə bağlı reallaşdırılanın davamı sayıla bilər. Gözlənilən amnistiyanın əhatə baxımından özündən əvvəlkilərdən daha böyük olması, yəni 20 min nəfəri əhatə etməsi tam təbiidir. Çünki nəinki müstəqillik dövründə, ümumiyyətlə son bir neçə yüz ildə Azərbaycan tarixində çağdaş sərhədlərimiz çərçivəsində suverenliyin tam təmin edilməsi qədər önəmli heç bir hadisə baş verməyib. Bu salondakılara sirr deyil ki, suverenlik yoxdursa, əsl müstəqillikdən danışmaq mümkün deyil, o sadəcə formal xarakter daşıyır".

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, azadlıq müharibəsi təkcə torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılmayıb, Konstitusiyamızın təntənəsinə və suverenliyimizin təmininə yönəlib. Onun sözlərinə görə, ən çətin hissə məhz diplomatik müstəvidə, cəbhədəkindən qat-qat güclü rəqiblərlə aparılıb:

“Müzəffər Ali Baş Diplomatımızın qazandığı bu qələbə cəbhədəkinin davamı olsa da, əhəmiyyətinə görə onu kölgədə qoyduğunu təəssüf ki, hələ tam dərk edə bilmirik. Bəlkə də buna vaxt lazımdır. Dağın böyüklüyü ondan uzaqlaşdıqca daha aydın görünür. Ancaq çox istərdim ki, nəinki amnistiyaya düşənlər, onların doğmaları, yaxınları, ümumiyyətlə hər kəs bilsin: torpaqlarımız üzərində suverenliyimizin təmin edilməsi, bir daha vurğulayıram, müstəqilliyimizin elan edilməsindən də böyük uğurdur”.

Sahib Alıyev qeyd edib ki, Prezidentin dediyi azadlıq müharibəsi bizə necə yanaşmalarından asılı olmayaraq bütün qonşularımız, bütövlükdə isə Cənubi Qafqaz üçün də eyni mahiyyət daşıyır:

“Tarixdə ilk dəfədir ki, bu regionun geosiyasi subyekt kimi çıxış etmək şansı yaranıb. Ümid etmək istərdim ki, xudbinliyi, bəzən büruzə verilən alverçi yanaşmanı bir kənara qoyaraq bütün qonşularımız bunu düzgün dəyərləndirəcəklər. Qonşularımızdan söz düşmüşkən, sonda Ermənistan baş nazirinin imperiyanın oradakı və Qarabağdakı agentura şəbəkəsinin ötən əsrin sonunda başlatdığı Qarabağ hərəkatı ilə Qərbi Azərbaycan İcmasının fəaliyyətini eyniləşdirməsinə toxunmaq istərdim. Paşinyan bilməlidir ki, nə Azərbaycan dövləti, nə də Qərbi Azərbaycan İcması onun ölkəsinə qarşı ərazi iddiasındadır. Biz kimdənsə torpaq istəmirik, amma o torpaqlar bizi istəyir, bizi çəkir və biz ora gedəcəyik. Çünki Ermənistanın keçmiş rəhbəri Levon Ter-Petrosyandan fərqli olaraq, ora bizim yurd yerimizdir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri