Ermənistana verilən V BAT dronları kimə qarşıdır?
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ötən həftə Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vensin Ermənistan və Azərbaycana səfəri Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi tarixə düşsə də, səfərdə diqqət çəkən əsas məqamlardan biri super dövlətin hər iki ölkə ilə hərbi əməkdaşlıq və silah satışı məsələsini açıq müstəviyə çıxarması olub.
Vacib rəsmi nümayəndənin Ermənistana "V-BAT" dronları, Azərbaycana isə qayıq-katerlər veriləcəyi ilə bağlı açıqlaması özlüyündə müzakirəyə açıq olan yeni bir məqam yaradıb.
Yaranan sual nəzəri olaraq regionda balanslı siyasət yürütməkdə iddialı görünən ABŞ-nin iki tərəfə verilən silahların təsir yükündə də lazımi balansı gözləyib-gözləmədiyi ilə bağlıdır. Yəni Ermənistana verilən "V-BAT" dronları ilə Azərbaycana vəd edilən sahil mühafizə katerlərinin tərəflər üçün faydalılıq əmsalı eynidirmi?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















