Ermənistanda bəzi xarici proqramların yayımı dayandırılır
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Audiovizual media haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu düzəlişlər ölkənin daxili işlərinə müdaxilə əlamətləri daşıyan xarici proqramların ictimai televiziya vasitəsilə yayımına qadağa qoyulmasını nəzərdə tutur.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan komissiyanın iclasında bildirib ki, layihə tənzimləyici dövlət qurumuna müharibəyə çağırış və ölkənin daxili işlərinə müdaxilə göstəricilərini müəyyən etmək səlahiyyəti verəcək. Onun sözlərinə görə, qəbul edilmiş dəyişikliklərə əsasən, audiovizual proqramların yayımının qadağan edilməsi halları müəyyənləşdiriləcək və daxili proseslərə müdaxilə edən materialların efirə verilməsinin qarşısı alınacaq.
Fevralın 3-də parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyasının iclasında layihənin müzakirəsi zamanı Ayrapetyan qeyd edib ki, daxili proseslərə, o cümlədən hakimiyyət strukturunun formalaşmasına, seçki və referendumların keçirilməsinə birbaşa və ya dolayısı ilə təsir göstərmək məqsədi daşıyan efir bəyanatları Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Nazir əlavə edib ki, xarici dövlət və ya onunla əlaqəli təşkilat tərəfindən yaradılan, maliyyələşdirilən və ya redaktə olunan müstəqil media subyektləri də bu tənzimləmənin təsiri altına düşə bilər. Lakin, yalnız faktlara əsaslanan və qiymətləndirici mülahizələr daxil etməyən analitik proqramların qanuna edilən dəyişikliklərdən kənarda qalması istisna edilmir.
Qeyd edək ki, daha əvvəl Ermənistan rəhbərliyi yayımlanan analitik proqramları tənqid edərək respublikada Rusiya televiziyalarının yayımının məhdudlaşdırılmasının tərəfdarı olduqlarını bildirmişdi. 2024-cü ilin aprelində baş nazir Nikol Paşinyan vurğulamışdı ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik nümayiş etdirərsə, onların fəaliyyəti qadağan olunacaq. 2025-ci il iyulun 1-də isə parlamentin spikeri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib. Hazırda Ermənistanda ictimai televiziya şəbəkəsi vasitəsilə Rusiya telekanallarının təkrar yayımı həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















