Icma.az
close
up
RU
Ermənistanda bir sıra yüksək vəzifəli şəxslər istefa verib

Ermənistanda bir sıra yüksək vəzifəli şəxslər istefa verib

Ermənistan hökumətində bir neçə yüksək vəzifəli məmurun ard-arda istefa verməsi barədə xəbərlər yayılıb.

"Shamshyan.com" saytı Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanın istefa verdiyini yazıb.


Onların qısa müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdüyü bildirilir. Paşinyan adıçəkilən şəxslərlə sərt söhbət edib, bundan sonra onlar istefa ərizələrini təqdim ediblər.


"Radar Armenia” nəşri isə bildirib ki, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa veriblər.Paşinyanın onların fəaliyyətini tənqid etdiyi qeyd olunub.


Xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb. Qərarların tezliklə açıqlanacağı gözlənilir.


Bəzi erməni saytları Ermənistan hökuməti daxilində böhran yarandığını bildirir.


www.anews.az
seeBaxış sayı:54
embedMənbə:https://anews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri