Ermənistanda müxalifət lideri dövlətə xəyanətdə ittiham olunur
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın müxalif Ana Ermənistan partiyasının lideri Andranik Tevanyana qarşı dövlətə xəyanət işi üzrə ilkin istintaq başa çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə partiyanın Facebook sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, sənədlər artıq məhkəməyə təqdim ediləcək.
Bundan əlavə, Tevanyana qarşı istintaqda təqsirləndirilən şəxs olan partiya idarə heyətinin üzvü Areqnaz Manukyana qarşı iş məhkəməyə təqdim ediləcək. 9 iyulda Ermənistan İstintaq Komitəsi Manukyanın dövlət sirri olan məlumatları açıqlamaqla bağlı cinayət işi ilə əlaqədar həbs olunduğunu elan etdi. Elə həmin gün Yerevan Baş Yurisdiksiya Məhkəməsi ona qarşı iki ay müddətinə həbs qətimkan tədbiri seçdi. 12 iyunda İstintaq Komitəsinin əməkdaşları Tevanyana qarşı cinayət işi çərçivəsində Manukyanın evində axtarış aparıblar.
Mayın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçki kampaniyası zamanı keçmiş parlament üzvü Tevanyanın xəyanət etdiyini və Milli Təhlükəsizlik Xidmətinin bu məlumatı Ermənistan İstintaq Komitəsinə göndərəcəyini açıqladı.
Anar
Bu mövzuda digər xəbərlər:Dövlətə xəyanətdə ittiham olunur
27 Mart 2026 16:43
Ermənistanda siyasi gərginlik artdı deputat Paşinyanı dövlətə xəyanətdə ittiham edir
03 İyul 2025 11:13
Şevçenko dövlətə xəyanətdə İTTİHAM OLUNUR
14 Noyabr 2024 21:15
Şevçenko dövlətə xəyanətdə ittiham olunur
14 Noyabr 2024 22:02
Baxış sayı:153
Bu xəbər 18 Avqust 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















