Ermənistanda qanunsuz mənşəli əmlakın 100 faizi müsadirə ediləcək Paşinyan
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı mövcud razılaşma mexanizmi ləğv ediləcək. Sherg.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırkı mexanizm qanunsuz əldə edilmiş əmlakın 75 faizinin dövlətə qaytarılması, 25 faizinin isə saxlanmasına imkan verir. Yeni dəyişikliklə bu imkan aradan qaldırılacaq və qanunsuz mənşəli əmlakın 100 faizi müsadirə ediləcək.
“25 faiz artıq olmayacaq. Biz belə bir imkan yaratdıq, lakin 8 il ərzində bundan istifadə edilmədi. İndi 100 faizi geri qaytarmalıyıq. Yaxın vaxtlarda qanunvericiliyə dəyişikliklər ediləcək”,- Paşinyan deyib.
O, həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryan və keçmiş maliyyə naziri Qaqik Xaçaturyan barəsindəki cinayət işlərinə toxunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 11 Sentyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















