Icma.az
close
up
RU
Qalmaqallı qəzada günahkar kimdir? Mühüm açıqlama

Qalmaqallı qəzada günahkar kimdir? Mühüm açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 26-da Zərdabda minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol qəzası barədə müzakirələr davam edir. Hadisəyə səbəb olan “Land Rover” markalı maşının sahibinin yerli TV kanallarına açıqlamasında işlətdiyi ifadələr ictimaiyyətdə narazılıq yaradıb. Belə ki, qəzaya səbəb olan maşının sahibi “qəsdən öldürməmişik ki, hadisədir də olub. Dünyanın dahi insanları da ölür, burda nə var ki?” deyə verdiyi açıqlama mərhuma və ailəsinə hörmətsizlik kimi qiymətləndirilib. Paralel olaraq, sözügedən şəxs avtomobilin sahibi olsa da, idarə edənin əmisioğlu olduğu üzə çıxıb. Bu detal da sosial şəbəkələrdə ciddi mübahisələrə yol açıb.

Avtomobil sahibinin hadisəyə laqeyd və soyuqqanlı münasibəti hüquqi məsuliyyət yaradırmı? Qəzanı törədən sürücünü hansı cəza gözləyə bilər? Əgər qəzanın baş verməsində qarşı tərəf günahkardırsa, sürücü cinayət məsuliyyətindən azad edilə bilərmi?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, istintaq prosesində müstəntiq avtotexniki və məhkəmə-avtotexniki ekspertizalar təyin edəcək:

“Ekspertizalar zamanı müstəntiqin qoyduğu suallar məhkəmə eksperti tərəfindən cavablandırıldıqdan sonra hadisə vaxtı konkret olaraq hansı sürücünün günahkar olduğu müəyyən ediləcək. Bundan əlavə, avtomobilin mülkiyyətçisinin hadisəyə bu formada soyuqqanlı və laqeyd yanaşması ya onun ümumi etinasız davranışının göstəricisidir, ya da məsələlərə bu cür emosiyasız yanaşmaq vərdişindən irəli gəlir”.

Ramil Süleymanov

Vəkil vurğulayıb ki, qəzanın VAZ-2199 markalı avtomobil tərəfindən törədildiyi müəyyən olunarsa, onun sürücüsü məsuliyyət daşıyacaq:

“Əks təqdirdə, “Land Rover” markalı avtomobilin sürücüsü məsuliyyətə cəlb olunacaq. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində insan ölümü baş verərsə, günahkar sürücü üç ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, əgər məsuliyyətə cəlb edilən avtomobilin mülkiyyətçisi sürücü deyilsə, onun məsuliyyəti mülki qaydada ayrıca müəyyən olunacaq. Sürücü isə hadisə ilə bağlı cinayət məsuliyyətini daşıyacaq”.

Qeyd edək ki,  Zərdabda VAZ-2199 və “Land Rover” markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-2199 markalı avtomobilin sürücüsü Azər Cəlal oğlu Abdullayev vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri