Ermənistanın Aİ nin aviasiya üzrə “qara siyahı”sından nə vaxt çıxarılacağına aydınlıq gətirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Ermənistan aviaşirkətlərinin Avropa İttifaqının uçuş təhlükəsizliyi üzrə “qara siyahı”sında qalması tamamilə texniki məsələdir və bunun siyasi səbəblərlə heç bir əlaqəsi yoxdur”.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİ-nin aviasiya təhlükəsizliyi siyahısından çıxarılması üçün hələ bir sıra zəruri addımlar atılmalıdır.
“Bu, siyasi yox, texniki prosesdir. Məsələ Avropa İttifaqının Uçuş Təhlükəsizliyi Komitəsinin səlahiyyətindədir. Komitənin qiymətləndirməsinə görə, Ermənistanın müəyyən addımlar atması lazımdır və biz Ermənistanın Mülki Aviasiya Komitəsi ilə əlaqədə qalırıq. Lakin bütün tələb olunan addımlar hələ yerinə yetirilmədiyi üçün qərar verilməyib. Bir daha qeyd edirəm ki, bu, texniki prosesdir və siyasi münasibətlərlə bağlı deyil. Biz sadəcə olaraq təhlükəsizlik baxımından hər şeyin qaydasında olduğuna əmin olmaq istəyirik. Məhz buna görə də "Twinning" prosesi çərçivəsində xüsusi yardım təklif etmişik və bu daha sonra maliyyələşdiriləcək. Bu, üzv dövlətlərimizin bu sahədə təcrübəsi olan ekspertlərinin hökumətinizə dəstək göstərəcəyi xüsusi bir mexanizmdir”, — Marta Kos vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 02 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















