Icma.az
close
up
RU
Ermənistanın böyük Sİ planı: Azərbaycan uduzurmu?

Ermənistanın böyük Sİ planı: Azərbaycan uduzurmu?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Hazırda dünyada süni intellekt sahəsində rəqabət gedir. Bəzi ölkələr bu sahədə qlobal, bəziləri isə regional birinciliyi qazanmağa çalışırlar. Bu rəqabətdə əsas suallardan biri ölkənin nə qədər hesablama gücü generasiya edə bilməsidir.

Ermənistanın “Firebird” şirkəti ilə imzaladığı 5 milyard dollarlıq müqaviləyə görə, Razdan (Dərəçiçək) yaxınlığında 250 meqavatlıq Sİ fabriki (data-mərkəzi) yaradılır. Bu o deməkdir ki, data-mərkəz 250 MVt elektrik enerjisini hesablama gücünə çevirəcək.

Gələcəkdə bu gücün 2 giqavata qədər artırılması gözlənilir.

Qazaxıstan da eyni layihəni daha böyük miqyasda Ekibastuz yaxınlığında həyata keçirərək “data-mərkəz vadisi” yaratmağa çalışır. Layihələrin nəticəsində ölkələrdən birinin Orta Asiyada, digərinin isə Cənubi Qafqazda süni intellekt mərkəzinə çevrilməsi gözlənilir.

“NVIDIA” şirkətinin rəhbəri Ceysen Huanq bildirib ki, Ermənistanla Qazaxıstanın süni intellekt üzrə regional mərkəzə çevrilmələri xarici texnoloji şirkətləri və startapları cəlb edən maqnit rolunu oynaya bilər.

Bəs Ermənistanın regionda ən güclü süni intellekt fabrikini qurması nə deməkdir və biz bundan narahat olmalıyıqmı?

İnformasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov “Bakupost”a bildirib ki, “Firebird”in hazırkı rəsmi planı Ermənistan üzrə 300 MW-a qədər AI infrastrukturu və 70 mindən çox “NVIDIA Blackwell” “Rubin GPU” yerləşdirməkdir. Əvvəlki mərhələlərdə Hrazdanda 100 MW və təxminən 500 milyon dollarlıq ilkin layihə açıqlanmışdı. Daha geniş “Firebird” planlarında Ermənistan və digər bazarlarda giqavat miqyasında genişlənmə nəzərdə tutulur.

Onun sözlərinə görə, bu, üç əsas üstünlük yarada bilər:

“Birincisi, ölkəyə böyük həcmli “GPU compute” gətirə bilər və yerli şirkətlərin, universitetlərin və startapların böyük modelləri train və fine-tune etməsini asanlaşdırır. İkincisi, “NVIDIA”,”Dell” və digər ABŞ texnologiya sistemi ilə birbaşa əlaqə deməkdir. Bu çox önəmlidir.

Üçüncüsü, bu tip layihə özü ilə mühəndisləri, cloud provayderləri, şirkətləri çəkə bilir”.

O qeyd edib ki, data-mərkəz təkcə servis binası deyil, bu çox strateji məsələdir.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə regionda hesablama gücünün harada olduğu sualının birmənalı cavabı Ermənistan ola bilər. Çünki kimsə nəsə qurmaq istəyəndə hazır infrastrukturu olan yerə üstünlük verəcək:

“Bu da çox normaldır. Məsələn, biri var bir şəhərdə gedəsən, hər şeyi sıfırdan qurasan, bir də var ki, orada universitet var, dərs keçəsən”.

Onun sözlərinə görə, pul, kapital və startaplar da bu istiqamətə yönələ bilər:

“Hazırda məsələn, Türkiyəyə gedirlər, amma yaxın vaxtlarda birmənalı Ermənistana yönələ bilərlər. Bu söhbət sabah və ya 3 ayla bağlı deyil, uzun müddətli bir məsələdir”.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri