Icma.az
close
up
RU
Ermənistanın elə bir potensialı yoxdur ki, İran ən yüksək səviyyədə bundan bəhrələnə bilsin

Ermənistanın elə bir potensialı yoxdur ki, İran ən yüksək səviyyədə bundan bəhrələnə bilsin

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək.

Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistan səfəri haqqında birmənalı fikir söyləmək hələlik tezdir.

"Bu günə qədər İranın yeritdiyi siyasət onun təcrid olunmasına gətirib çıxardıb. 46 ildir bu rejim hakimiyyətdədir və bu gün bu hakimiyyət, bu rejim İranı acınacaqlı vəziyyətə salıb. İranın təcrid olunması, bütün çevrədəki müsəlman ölkələri ilə düşmən münasibətlər qurması siyasəti iflasa uğrayıb. Bu İsraillə 12 günlük toqquşmada da açıq şəkildə özünü göstərdi. Çünki İran tək qalıb. İlk səfərlərdən birinin məhz dost Pakistana olması İran üçün bir göstəricidir. Ancaq bunun nə qədər dayanıqlı və davamlı olacağı böyük suallar yaradır. Çünki hökumət və hökumət başçısı olan Məsud Pezeşkian İranda bütün hər şeyə nəzarət etmir. Hər şey onun əmrində müntəzir deyil. Buna əngəl olan digər güc mərkəzləri var".

Onun qeyd etdi ki, Ali ruhani Xamneyi ətrafı və güc orqanları, başda da SEPAH hər zaman bu məsələlərdə tormozlayıcı və dağıdıcı olublar:

"O baxımdan, açığı, mən Pezeşkianın səfərinin məhz Amerikadakı tarixi gün və imzalanmalardan sonra baş tutub-tutmayacağına o qədər də əmin deyiləm. Yəni, İran o dövlətdir ki, hətta bu səfərdən imtina da edə bilər. Çünki, açığı, məndə o qədər böyük bir inam yoxdur ki, İran prezidentinin Vaşinqtondakı hadisədən sonra səfəri Ermənistana baş tutsun. Çünki onun üçün Ali Ruhani səviyyəsində qadağa olarsa, əminəm ki, bu səfər baş tutmaya bilər. Ancaq baş tutduğu təqdirdə, təbii ki, İran özünə qonşu olan Ermənistanla əvvəlki münasibətləri davam və  inkişaf etdirməkdə maraqlı olduğunu bəyan edəcək. Ermənistan ictimai rəyində də, xüsusilə də siyasətşünasların çevrəsində belə bir fikir formalaşırdı ki, türkoğlu prezident Məsud bəy iki dəfə Azərbaycana ard-arda səfər etmiş olsa da və açıqlamalarında yalnız müsəlman ölkələri ilə normal münasibətlərdən danışsa da, bu açıqlamalarda heç bir vaxt Ermənistanın adını çəkməmişdi. Bu da Ermənistan ictimai rəyində, siyasətşünas çevrələrində ciddi narahatlıq yaratmışdı. Ona görə də bir qonşu dövlət kimi Məsud bəyin Ermənistana səfəri başa düşüləndir və bu hadisəni biz Azərbaycanın əleyhinə olacaq bir hadisə kimi dəyərləndirməyək. Çünki prezident Məsud bəyin nəqliyyat kommunikasiyası, yəni yeni nəqliyyat kommunikasiyası ola biləcək Zəngəzur dəhlizi ilə bağlı fikri normaldır və bu yeni kommunikasiya xəttinə o, bir fürsət kimi yanaşır. Doğru olan da budur. Oyundan kənar qalıb, bu prosesdə iştirakçı olaraq qazanmaqdansa, dağıdıcı ünsür olaraq və ən nəhayət, nəticə etibarilə oyundan kənarda qalmaqla itirən tərəf İran olacaq ki, bunu da Məsud bəy əvvəlcədən gördüyü və anladığı üçün prosesin iştirakçısı olmaqda maraqlı olduğunu bəyan edib. Ancaq məsələ burasındadır ki, İrandakı bəzi başbilənlər və Azərbaycanı hələ də özünə düşmən sayan qüvvələr Zəngəzur dəhlizinin İran üçün qırmızı xətt olduğunu və bunun guya İran üçün böyük faciələrə gətirə biləcəyindən dəm vururlar. Yəni, bu səviyyədə gələcəyə, əməkdaşlığa, sülfə töhfə verəcək bir nəqliyyat kommunikasiyasının açılmasını bu səviyyədə qaralamaq yalnız konkret qara güruh bir idarəetmədən, rejimdən xəbər verir. Yəni, gerçəyi görməmək, sadəcə korazehin olmaqla bərabər, həm də içində o qədər kin və nifrətin  bariz göstəricisi olaraq özünü təsdiq edir. Çünki içdə nifrət, kin və düşmənçilik olmasa, insan heç bir vəclə bu səviyyədə korazehin ola bilməz. Həqiqətdən imtina edə bilməz. Gələcəyə bir ziya, işıqla baxa bilməz".

Müsahibimizin sözlərinə görə, bu gün Məsud bəyin İranda prezident olaraq varlığı bir növ İran üçün qütb, ən parlaq qütb ulduzu kimi görsənir.

"O, İranda olan qaranlığa işıq salmaq istəyir və gələcək inkişaf perspektivini müəyyən etmək istəyir. Ancaq gördüyünüz kimi, buna ciddi əngəllər var. Ancaq Ermənistanla münasibətlərdə Məsud bəydən başqa, hökumətdən başqa, digər güc mərkəzləri də maraqlıdır. Əksinə, nəinki maraqlıdır, hər məsələdə öndə Ermənistanı irəli verib, münasibətlərin daha da inkişafını istəyən qüvvələr var. Bunu hətta Azərbaycan əleyhinə istifadə etmək istəyən SEPAH və Xamneyinin ətrafı kimi korazehin güc mərkəzləri var. Buna görə də Məsud bəyin Ermənistana səfəri elə bir xüsusi siyasi hadisə kimi görsənməsin. Ola bilsin ki, İran və Ermənistan arasında əməkdaşlığı, ticarəti daha da genişləndirmək üçün yeni kommunikasiya xətlərinin, yəni yolların, dəmir yolunun və digər məsələlərin həll olunması üçün konkret anlaşmalar ortaya çıxa bilər. O ki qaldı İran-Ermənistan münasibətlərində yeni mərhələ düşünürəm ki, bu mərhələ heç bir zaman köhnəlmədi ki, yeni bir mərhələ də başlasın".

Natiq Miri qeyd etdi ki, İranın Ermənistana münasibəti həmişə ən yüksək səviyyədə olub:

"Bu da sadəcə erməniləri sevdikləri üçün deyil, Azərbaycana düşmən olduqları üçün bu səviyyədə Ermənistana dəyər verilib. Ona görə də İran-Ermənistan arasında gərginliyi biz heç bir zaman müşahidə etməmişik. Ona görə də yeni bir mərhələdən danışmaq mümkün deyil. Ermənistanın elə bir potensialı yoxdur ki, İran ən yüksək səviyyədə bundan bəhrələnə bilsin. Sadəcə olaraq Ermənistan da oyundan kənarda qalmamaq üçün və bir növ balans, yəni xarici siyasətdə balansın yaradılması üçün prezident səviyyəsində bir görüş olacaq ki, ən azından Ermənistanın bütün məsələlərdə İran kontekstində oyundan kənarda qalmadığı görsənsin".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri