Icma.az
close
up
RU
“Ermənistanın fitnələri Türkiyə Azərbaycan münasibətlərinə soyuqluq gətirərsə...” deputatdan mühüm açıqlama

“Ermənistanın fitnələri Türkiyə Azərbaycan münasibətlərinə soyuqluq gətirərsə...” deputatdan mühüm açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Globalinfo.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Hikmət bəy, sizcə, Türkiyə ilə Ermənistan arasında “Marqara” sərhəd keçid məntəqəsinin martın 31-də kimi açılması yeni geopolitik vəziyyət yaradıb? Bu, Azərbaycana qarşı əməliyyatdır, yoxsa, deyildiyi kimi, sırf humanitar dəhlizdir?

– Türkiyə-Azərbaycan münasibətləri hazırda özünün ən yüksək inkişaf mərəhələsini yaşamaqdadır. Bu inkişaf üzərində isə təkcə iki qardaş ölkənin deyil, bütövlükdə Orta Asiya, Cənubi Qafqaz və Müsəlman Şərqinin yeni gələcəyi inşa ediləcəkdir. Yəni mümkün yeni çoxqütblü dünya nizamı kontekstinə üç geostrateji coğrafiyanın ağırlıq mərkəzi Türkiyə və Azərbaycan olacaq. Ancaq siyasətdə də həyatda olduğu kimi heç nə “ol” deyəndə olmur. Bunu üçün dərin strateji ağıl, siyasi uzaqgörənlik, güclü analitik təhlil qabiliyyəti, siyasi qətiyyət və cəsarət kimi xeyli vacib keyfiyyətlər lazımdır ki, hazırda qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevdə bu zəruri keyfiyyətlərin məcmusu artıqlaması ilə var. Elə hazırkı Türkiyə- Azərbaycan münasibətləri və onun yaratdığı mühüm strateji perspektiv də bu iki siyasətçinin əsəridir. Bu yeni mühüm geostrateji reallığı və perspektivi digər regional və qeyri-regional aktorlar da görməkdə və onun mümkün nəticələrini hesablamaqdadırlar. Mümkün nəticələr isə onlarda vahimə yaradır. Ona görə də bunun qarşısının alnmasının yeganə yolu kimi Türkiyə və Azərbaycanı həm ayrı-ayrılıqda zəiflətmək, eyni zamanda iki ölkənin münasibətlərini korlamqda görürlər. Hazırda Türkiyədə baş verən hadisələrə paralel olaraq Ermənistan-Türkiyə sərhədlərini açmaqla iki ölkənin münasibətlərinə soyuqluq gətirmək cəhdləri də bununla əlaqədardır.

Bu ümumi strateji fonda “Marqara” sərhəd qapısının müvəqqəti olaraq açılması isə kiçik bir detaldır. Mən burada müvəqqəti ifadəsini təsadüfi olaraq işlətmirəm. Çünki iki qardaş ölkənin həm mənəvi, həm də siyasi-hüquqi öhdəlikləri elədir ki, bu sərhəd yalnız müvəqqəti olaraq humanitar məqsədlər üçün açıla bilər. Yəni böyük məqsədlərə doğru gedən yolda kiçik manevr, yaxud güzəştlər mümkün ola bilər. Sərhədlərin açılmasının səbəbi kimi Lazkiyə, Tartus və Humus bölgəsində yaşayan ermənilərə Ermənistanın humanitar yardım göstərmək niyyəti ilə bağlı qardaş ölkəyə müraciəti göstərilir.

Hikmət Babaoğlu

Çox təəssüf ki, “Marqara” sərhəd keçid məntəqəsi 2023-cü ildə də Türkiyədə baş verən zəlzələ zamanı Ermənistanın zəlzələdən zərə çəkənlərə yardım göndərməsi üçün açılmışdı. Ona görə də indi Türkiyə bundan imtina edə bilmir. Ancaq əgər bu daimi hal alarsa, məncə, doğrudan da Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Ona görə ki, belə həssas bir tarixi mərhələdə Ermənistan faktiki olaraq özünütəcriddən qurtula bilər. Bu isə Ermənistanın güclənməsinə və sülhdən imtina etməsinə səbəbiyyət verə bilər. Ona görə də düşünürəm ki, qardaş ölkə bütün bunların fərqindədir və hadisələrin bu cür inkişaf ssenarisinə əsla izin verməz. Əks təqdirdə yuxarıda söylədiyimiz mühüm geostrateji perspektivlərə kölgə düşmüş olar.

– Son vaxtlar Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi yenidən gündəmə gətirilib. Bəzi iddialara görə Aİ-nin də bu məsələdə rolu var. Sizcə, sərhədin açılması bu qədər geniş miqyaslı ola bilər?

– “Marqara” sərhəd keçid məntəqəsinin açılıb-açılmamasının Türkiyə-Azərbaycan münasibətlərini hər hansı bir ciddi təsirinin olması o qədər də inandırıcı görünmür. Çünki hazırda bu münasibətlərin yaxşılaşmasına daha çox ehtiyacı olan Avropa İttifaqıdır. Yəni tutaq ki, hazırda Avropa İttifaqı 2009-cu ildə Sürix protokolunu Türkiyəyə diqtə edən Aİ deyil. Elə heç Türkiyə hakimiyyəti də o zamankı hakimiyyət deyil. Bugünkü hakimiyyət ən müxtəlif ideoloji, dini və fiziki terrorçulardan özünü və Türkiyəni təmizləməyi bacarmış, olduqca güclü və milli hakimiyyətdir. Heç Avropanın özünün də əvvəllər olduğu qədər indi Ermənistanı düşünəcək halı yoxdur. Çünki özlərinin təhlükəsizliyi ABŞ prezidenti Donald Trampın iradəsindən asılıdır.

– Türkiyə ən ali səviyyədə dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi açılmasa, Ankara İrəvanla nə sərhədi açacaq, nə diplomatik münasibətləri bərpa edəcək. Bu mövqenin ziddinə fərqli yanaşma nə ilə bağlıdır? Əksər ekspertlər iddia edir ki, Ermənistanla hazırkı şərtlərdə sərhədin açılması bütövlükdə Türk dünyasının maraqlarının ziddinə addımdır.

– Şübhəsiz ki , bu gün Türk dünyasının həm coğrafi mərkəzi, həm də siyasi-strateji mərkəzi Türkiyə və Azərbaycandır. Əgər biz cəmisi bir neçə ay bundan əvvələ qədər Türk dünyası deyəndə sadəcə Orta Asiyadan Ön Asiyaya qədər uzanan etnosiyasi coğrafiyanı düşünürdüksə, qardaş Türkiyənin yaratdığı yeni reallıqlar nəticəsində artıq etnomədəni sərhədlərimiz Suriyaya, Livana, İraqa qədər klassik sərhədlərinə çatmaqdadır. Bu gün Azərbaycan Suriyadakı qan qardaşlarımıza, din qardaşlarımıza yardım göndərir. Həmin tarixi coğrafiyamızda bu günə qədər mədəni-siyasi varlığını sürdürməyi bacaran soydaşlarımız Azərbaycana, Qarabağa səfər edir. Bu, son 200 illik tariximizdə görünməmiş hadisədir. Belə olan halda əlbəttə ki, Ermənistanın fitnələri Türkiyə-Azərbaycan münasibətlərinə soyuqluq gətirərsə bu, bütövlükdə Türk dünyasına böyük zərbə ola bilər. Ona görə də mən əminəm ki, qardaş ölkədə də qərar qəbul edənlər bütün bunların fərqindədirlər və belə böyük strateji perspektivin ermənilərə görə korlanmasına izin verməzlər .

– 2009-cu ilin bu günlərində də Türkiyə Ermənistanla sərhədi açmaq istiqamətində prosesə start vermişdi. Bədnam Sürix protokolları yaxşı yadımızdadır. Bu layihənin arxasında ABŞ, Avropa Birliyi dayanırdı. Azərbaycan dövləti, Prezident İlham Əliyev həmin vaxt imkan vermədi, Türkiyəni bu yanlış addımdan çəkindirdi. İndi də eyni təpkini göstərib, Ərdoğan hökumətini bu addımdan çəkindirə bilərmi?

Aprel 2009-cu il. İstanbulda “Sürix Protokolları”nın ideya müəllifləri müzakirə aparır. 

– Türkiyə-Azərbaycan qardaşlığı tarixin ağır imtahanlarından və sınaqlarından keçib, Şuşa Bəyannaməsinin imzalanmasına qədər gəlib çatmış münasibətlərdir. Belə sınaqlardan birini də 2009-cu ildə yaşamalı olduq. Şübhəsiz ki, Aİ-nin bu münasibətləri korlamaq və Qarabağı unutdurmaq siyasəti sayəsində. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü duruşu və qətiyyəti sayəsində bu siyasi təxribat da baş tutmadı. Artıq o zamandan bəri körpünün altından çox sular axıb. Azərbaycan da, Türkiyə də kifayət qədər güclənib və biri-birinə daha dərindən bağlanıb. Prezident cənab Rəcəb Tayyib Ərdoğan hər fürsətdə bildirir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistan və Azərbaycan arasında ədalətli sülhün əldə olunmasından keçir. Məncə bu mövqe sona qədər dəyişməz qalacaq.

– Hikmət bəy, əvvəl deyilirdi ki, Ermənistanla sərhədi açmaq ideyası Türkiyə hakimiyyətinin içindəki FETÖ-nun işidir. Fətullahçıların idarəetmədən təmizləndiyi deyilir. Bəs indi türk düşməni ermənilərə bu yaxşılığı edən hansı qüvvədir Türkiyədə?

– Sevindirici hal odur ki, Türkiyə siyasətində ideoloji və siyasi terrorçuların, o cümlədən, FETÖ-nün təsiri hər gün bir qədər də azalır. Düşünürəm ki, son günlərdə baş verən hadisələr bu dağıdıcı terrorun sıradan çıxarılması üçün ağır bir zərbə oldu. Dövlət içərisində paralel dövlət qurmaq, İstanbul kimi multikultural şəhəri etnik demoqrafiyaya bölərək, kimlərləsə “kənt anlaşması” imzalamaq əslində gizli separatçılıqdır. Elə Ermənistan-Türkiyə sərhədlərinə qədər uzanan əllər də həmin separatçılarla bağlı olanların əlləridir. Əminik ki, qardaş ölkə belə hallara qarşı barışmaz olacaq .

– Ermənistan yalnız Azərbaycana düşmən mövqedə olmayıb. Tarix boyu bu düşmənçiliyi Türkiyəyə qarşı da göstərib. “Erməni soyqırımı”, Türkiyəyə qarşı ərazi iddiası, Ağrı dağ məsələsi… Yəni əslində bu sərhəd oyunu yalnız Azərbaycana qarşı bir əyləm sayılmamalıdır. Bu, həm də Türkiyə əleyhinə addım kimi qəbul olunur. Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası olan Ermənistana nəfəslik verməyin başqa nə anlamı, izahı ola bilər?

– Ermənistanın eynəyindən baxanda ayrıca Türkiyə, yaxud Azərbaycan yoxdur. Sadəcə türk var. Bu türk həm Azərbaycan, həm də Anadolu türküdür. Hər ikisinə qarşı etnik nifrətin dozası eyni dərəcədədir. Elə hər ikisinə qarşı ərazi iddiası da Ermənistan Konstitusiyasında öz əksini tapıb. Birinə qarşı yazılı, digərinə qarşı isə öz gerbində olan təsvirlə. 1918-ci ildə erməni-daşnak, yaxud erməni-bolşeviklər Karsda, Vanda, Ağrıda, Ərzurumda türkləri, kürdləri, çərkəzləri, lazları necə qətlə yetirirdilərsə, Bakıda, Lənkəranda, Şamaxıda, Qubada, İrəvanda, Gümrüdə də Azərbaycan türklərini, talışları, tatları, yəhudiləri, kürdləri eyni qəddarlıqla qətlə yetirirdilər. 70 il sonra əllərinə fürsət düşən kimi, eyni cinayətləri Qarabağda, İrəvanda yenidən törətdilər. Əminəm ki, əllərinə belə bir fürsət düşərsə eyni coğrafiyada eyni soyqırımlarını yenidən törədəcəklər. Ona görə də biz düşmənlərə belə fürsət verməməliyik. Türkiyə və Azərbaycan bunun fərqindədir və ortaq düşmənə qarşı ortaq mövqedən çıxış etməyə məhkumdur. Əks təqdirdə, itirən hər iki ölkə olacaq.

Azər Ayxan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see393

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see167

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see160

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see150

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

13 May 2025 00:51see146

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see145

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see142

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see141

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see134

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see133

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see130

Bağçalıya maraqlı hədiyyə Putin, Tramp, Makron... FOTO

12 May 2025 22:50see128

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see125

Səudiyyə Ərəbistanı Trampa verdiyi vədi yerinə yetirə bilməyəcək?

13 May 2025 02:46see124

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see123

Əsl gözəllik odur ki...

12 May 2025 20:05see122

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see121

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see120

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see118

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri