Icma.az
close
up
RU
Ermənistanın manipulyasiya oyunu: Torpaqlarımız heç bir şərt irəli sürmədən təhvil verilməlidir

Ermənistanın manipulyasiya oyunu: Torpaqlarımız heç bir şərt irəli sürmədən təhvil verilməlidir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.

Bu barədə “Hraparak” nəşrinin yaydığı məlumatda bildirilib.

Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia” kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır, o ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan-Gürcüstan dövlətlararası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir.

Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan üç kəndi, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını məlumatlandırıb. “Yerkrapa” təşkilatının sədri, Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək”. Paşinyan isə bu sualdan qəzəblənib: “Məni cinayətə sövq edirsən? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm?”.


Politoloq Sahil Kərimli "Sherg.az"a deyib ki, son dövrlərdə baş verən proseslər, Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı aparılan müzakirələr onu göstərir ki, Ermənistan rəhbərliyi yenə də manipulyasiya ilə məşğuldur:


"Diqqəti əsas məsələlərdən yayındırmaq üçün bu cür ziddiyyətli bəyanatlar səsləndirirlər. Məlumdur ki, Azərbaycan Ermənistandan qeyri-adi heç nə tələb etmir. Sərhədlərin delimitasiya-demarkasiya prosesi Sovetlər birliyi dönəmində hazırlanmış xəritələrlə həyata keçirilir. Burada da istər Qazax və  Naxçıvanın kəndləri, istərsə də digər ərazilər Azərbaycanın suveren əraziləridir. Buna görə də qeyri-şərtsiz Azərbaycana qaytarılmalıdır. Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan ona ünvanlanan suala və ya ona qarşı qabaqcadan düşünülmüş şəkildə həyata keçirilmiş polemikaya bu cür cavab verməklə məsuliyyətdən yayınmağa çalışır. Həmçinin özünü Ermənistanın milli maraqlarından çıxış edən rəhbər kimi göstərmək istəyir".


Politoloq qeyd edib ki, Azərbaycanın suveren ərazilərinin qaytarılması Paşinyanın dediyi kimi cinayət deyil:

"Odur ki, torpaqlarımız heç bir şərt irəli sürmədən təhvil verilməlidir. Ümumiyyətlə Paşinyan məsələni dramatikləşdirmək, gərginləşdirmək istiqamətində addımlar atır. Üstəlik, sülhün imzalanması üçün heç bir töhfə vermir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri