Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Ermənistanın Qərbdəki patronları regionda yeni müharibə ssenarilərini sınaqdan keçirir Şərh

Ermənistanın Qərbdəki patronları regionda yeni müharibə ssenarilərini sınaqdan keçirir Şərh

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin son 2 həftə ərzində Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfəri bir sıra mühüm mesajlarla yadda qaldı. Bu mesajlar hazırda Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin yekun versiyası ilə bağlı mövqeyimizin hansı kriteriyalara əsaslandığına tam aydınlıq gətirir. 30 il ərzində Azərbaycanın işğal edilmiş ərazilərində separatizmi stimullaşdıran, xalqımıza məxsus mədəni abidələrə qarşı vandal aktları törədən, təbiətimizə sağalmaz zərbələr vuran, təbii sərvətlərimizi talan edən işğalçı Ermənistanın bu gün sülh sazişinə dair tələblər irəli sürməsi absurddur. Bakı qarşı tərəfin iddialarının əsassız olduğunu və belə bir davranışın yeni hərbi konfliktə gətirib çıxara biləcəyini ermənilərə yumşaq dillə başa salır, ancaq hayların beynəlxalq havadarları görünür, müharibənin yenidən alovlanmasına nail olmaq üçün Ermənistana hər cür basqını bundan sonra da davam etdirəcək”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, nə Ermənistan, nə də onun arxasında duran bəzi güclər Cənubi Qafqazdakı indiki status-kvonu dəyişə biləcək: “Çünki Bakı haqlı tərəf olduğunu bütün dünyaya sübut edib. Üstəlik, qalib ölkə ola-ola Qarabağ ərazisində ermənilərə Azərbaycan qanunları çərçivəsində yaşamaq təklifini irəli sürüb və bununla bağlı hətta qaydalar da müəyyənləşdirib. Ancaq bu gün Bakıda mühakimə olunan separatçı liderlər vaxtilə İrəvandan və beynəlxalq güc mərkəzlərindən aldıqları tapşırıqlar əsasında bölgədə yaşayan erməniləri Ermənistana üz tutmağa təhrik etdilər. Məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq və prosesə “etnik təmizləmə” donu geydirmək idi. Qondarma Dağlıq Qarabağın ləğv edildiyi sənədini imzalayan Samvel Şahramanyanın sonradan bu sənədin hüquqi əsası olmadığını deməsi həmin təzyiqlərin bir elementi sayıla bilər. Qarabağda kök salmış separatçılar israrla Laçın dəhlizinin açılmasını tələb edir, dövlət içində dövlət qurmaq niyyətlərini ortaya qoyurdular. O zaman separatçılıqla məşğul olanların cəzası nə olmalıdır? Beynəlxalq hüquq bu vəziyyətdə hansı addımların atılmasını vacib sayır? Təbii ki, separatizmi yox etməyi... Azərbaycan dövləti də məhz bunu etdi... Odur ki, bu gün yenə bölgədə separatçılığı qızışdırmağa çalışan beynəlxalq güclərin ölkəmizə qarşı irəli sürdükləri iddiaların heç bir hüquqi əsası yoxdur”.

Deputat əlavə edib ki, 44 günlük müharibədə ağır məğlubiyyət Ermənistanın siyasi rəhbərliyi və onların Qarabağda qurduğu kriminal rejimin məsuliyyətinə yazılmalıdır: “Hazırda sərhəddə insidentlərin araşdırılması və silahlara birgə nəzarət mexanizmlərinin yaradılması üçün beynəlxalq güclərə müraciət edən, üstəlik, Bakını bu şərtlərə razı salmağa çalışan İrəvanın işğal illərində Azərbaycanın kompromis təkliflərini geri çevirdiyini hər kəs yaxşı xatırlayır. Bəli, uzun illər havadarlarının dəstəyini arxalarında hiss edən və beynəlxalq qətnamələri kağız parçası kimi kənara atan, dırnaqarası “məğlubedilməz armada”larından ağız dolusu danışan, torpaqları geri qaytarmaq bir tərəfə dursun, hətta substantiv danışıqlar aparmaq üçün belə şərtlər irəli sürən Ermənistana elə bir zərbə vuruldu ki, hayların dünyadakı tərəfdaşları nə baş verdiyini bu qədər qısa müddətdə anlaya bilmədilər. Həm 44 günlük müharibədə, həm də cəmi bir neçə saat çəkən antiterror əməliyyatlarında... Və nələr olduğunu dərk etməyən erməni lobbistləri sadəcə, bu məğlubiyyətin reallıqları ilə barışmaq məcburiyyətində qaldılar. Görünür, Azərbaycanın zəfər yürüşünü və Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməyən böyük güclər hər şeyi yenidən başlamaq üçün mövcud mürəkkəb vəziyyətdən istifadə etməyə çalışır.
Beynəlxalq konyunkturun nə vaxtsa onun xeyrinə dəyişəcəyinə ümid bəsləyən, Fransa, Hindistan, Almaniya və digər ölkələrdən hərbi texnika alan, İsveçrə, Niderland kimi ölkələr, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların siyasi dəstəyini qazanan ermənilər sülh sazişi ətrafında spekulyasiyaların hansı nəticələrə gətirib çıxaracağını dərk etməlidir. Onlar isə hələ də siyasi möhtəkirliklə məşğul olurlar. Məsələn, baş nazir Nikol Paşinyan sülh sazişini dərhal imzalamağa hazır olduğunu, Azərbaycandan cavabı səbirsizliklə gözlədiyini deyir. Üstəlik, “Qarabağ hərəkatı”nın dayandırıldığını, bu hərəkatın Ermənistana ziyan vurduğunu bildirir. Ancaq xuntaçılar və keçmiş separatçılar hakimiyyətə qarşı çıxaraq Qarabağ mövzusunu Fransa, İsveçrə, Belçika, Niderland və digər ölkələrin parlamentlərində qaldırmaqla təzyiqlərini davam etdirməyə çalışırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə həm Braziliya televiziyasına, həm İran, həm də Qazaxıstanın xarici işlər nazirləri ilə görüşlərində iddia etdi ki, Azərbaycan sülh sazişini imzalamaq üçün ilkin şərtlər irəli sürür və bu şərtlər savamlı sülhü əngəlləyir. Təbii, Mirzoyan ilkin şərtlər deyəndə, rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, oradan Qarabağa dair müddəanın çıxarılması, eləcə də, ATƏT-in Minsk qrupunun ləğvini nəzərdə tutur. Halbuki bu şərtlər son 2 il ərzində daim gündəlikdədir və Azərbaycanın təklif etdiyi yekun sülh sazişinin imzalanması üçün hüquqi baza rolunu oynayır. 

Görünür, İrəvan bu yolla 44 günlük müharibədən sonra imzaladığı təslim aktı ilə üzərinə götürdüyü digər tələblərdən, məsələn, kommunikasiyaların açılmasının optimal variantının tətbiqindən də imtina etməyə, silahlanmanı davam etdirməyə və revanş götürməyə çalışır. Əlbəttə, hazırda Ermənistan nə siyasi, nə iqtisadi, nə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparmaq gücündə olmadığını anlayır, lakin hayların Qərb patronları Cənubi Qafqaza soxulmaq üçün regionda yeni müharibə ssenarilərini sınaqdan keçirməkdə israrlı görünürlər. Hətta tərəflər sülh sazişinin mətni üzərində işi başa vursalar belə.
Prezident İlham Əliyevin mart ayı ərzində verdiyi mesajlar Azərbaycanın sülh strategiyasının əsas elementlərini özündə biləşdirir. Erməni tərəfi bu tezislərə qarşılıq vermək istəsə də, uğursuzluqla üzləşir. Çünki, İrəvan üçün sülh sazişinin Bakı variantından qaçış yoxdur. Hərçənd, ermənilər konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi məsələsində bəzi pozitiv işarələrə əl atır. Lakin Paşinyan konstitusiya dəyişikliyinin 2027-ci ilə nəzərdə tutulduğunu deməklə əslində, sülh sazişinin davamlı olacağını şübhə altına alır. Çünki Ermənistanda yaxın 2-3 il ərzində daxili proseslərin necə gedəcəyini proqnozlaşdırmaq o qədər də asan deyil. Azərbaycanla yeni müharibəni təşviq edən revanşistlərin hələ də güclü olması konstitusiya dəyişikliyinin baş tutmayacağı ehtimallarını artırır. Bu nöqteyi-nəzərdən, Prezident İlham Əliyevin məğlub ölkəyə ünvanladığı mesajlar doğru analiz edilməli, Azərbaycanın Ermənistana sülhün əsas formulu ilə manipulyasiya etmək imkanı tanımayacağı başa düşülməlidir. Əks halda, hay məmləkətinin növbəti ağır məğlubiyyətlə üzləşəcəyi qaçılmaz olacaq”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri