Icma.az
close
up
RU
Ermənistanın regiona xarici müdaxiləyə qapı açan siyasətinə qarşı olan tərəflər birlik göstərilməlidir

Ermənistanın regiona xarici müdaxiləyə qapı açan siyasətinə qarşı olan tərəflər birlik göstərilməlidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Gürcüstan üçün “3+3” formatında qapılar açıqdır. “Əvvəldən hamı razılaşdı ki, bizdə “3+3” formatı var və biz Gürcüstanın mövqeyinin şübhələrini başa düşürük, lakin gürcü nümayəndələri üçün oturacaq həmişə bu formatda olan iclas zalında olacaq”, - Rusiyanın baş diplomatı bildirib. Lavrov qeyd edib ki, bu yanaşma nazirlərin son iclasında təsdiqlənib. Xarici İşlər Naziri həmçinin Gürcüstanın hazırkı rəhbərliyinin ölkənin milli maraqlarına arxalandığını bəyan edib.

Xatırladaq ki, oktyabrın 23-də Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərlərinin “3+3” formatında görüşü keçirilib. Bu danışıqlar formatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda “davamlı sülh və sabitliyi təmin etmək üçün regional əməkdaşlıq üçün yeni platforma” yaratmaq təşəbbüsüdür. Türkiyə lideri bunu 2020-ci ildə səsləndirib. Görüş ilk dəfə 2021-ci ildə Moskvada keçirilib, lakin Gürcüstan iştirak etməyib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2024-cü ildə Gürcüstanda yaşanan hadisələr göstərdi ki, Avroatlantik inteqrasiya yolu onun üçün məqbul deyil və Gürcüstan, məhz Cənubi Qafqazı əhatə edən regional əməkdaşlıq platformasından daha çox fayda əldə edə bilər və bu əməkdaşlıq həm iqtisadi, həm siyasi istiqamətdə Gürüstan üçün faydalıdır: “Məsələn, gürcülər indiyədək əsasən Rusiyanın Cənubi Osetiya və Abxaziya separatizminə verdiyi dəstəyə görə 3+3 platformasında iştirak etmirdi. Lakin qərbyönümlü inteqrasiya ilə bağlı tarixi-siyasi qərarlardan geri-dönüşlə bərabər onlarda suverenliyini bərpa etmək ümidi də artdı. Bu səbəblədir ki, Gürcüstan rəsmiləri abxaz və osetinlərə barışıq, birlik mesajları ünvanlamağa başladılar”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, Gürcüstanın "3+3" formatlı əməkdaşlıqda iştirakı onun öz suverenliyini bərpa etməsilə bağlı Gürcüstan Parlamentinin vitse-spikeri Georgi Volskinin "3+3" platformasına ölkəsinin qayıda biləcəyini bəyan etməsi də, məhz bu amilin təmin olunması şərtinə bağlıdır.

Şəhla Cəlilzadənin fikrincə, bu, Lavrovun müvafiq açıqlamasına Gürcüstanın rəsmi cavabı sayıla bilər: “Onu da qeyd etmək lazımdır ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə birgə sıx əməkdaşlığı və gedərək artan nəqliyyat-logistika və enerji infrastrukturu layihələri onu Şərq-Qərb dəhlizinin mühüm bir parçasına çevirir ki, bu da məhz region ölkələri ilə ortaq şəkildə inşa edilən, regional sülh və sabitliyə töhfə verən layihələrin uğurlu gələcəyinin olduğunu deməyə əsas verir. Bu əməkdaşlıq "3+3" platforması çərçivəsində inkişaf etdirilərsə, həm də region üçün xarici təsirlərdən uzaq sabitlik adasının inşa edilməsi demək olar.

Platformanın davamlılığını təmin edəcək ən mühüm faktor - dövlətlərin müxtəlif qlobal və regional, o cümlədən ikitərəfli münasibətlər kontekstində yaşanan gərginlikləri uzun zaman müddətinə yaymaması və həll edə bilməsidir. Məsələn, son 1-2 ayda Rusiya ilə yaşadığımız gərginlik, yaxud 2021-ci ildən başlanan və 2024-cü ilədək davam edəm Azərbaycan-İran gərginliyi göstərilə bilər. Platforma çərçivəsində münasibətlər qarşılıqlı hörmət və ortaq fayda kimi dəyərlər əsasında formalaşarsa, uğurlu iqtisadi əməkdaşlığa və regiondankənar qüvvələrin təsiri fonunda vahid siyasi mövqe ortaya qoymağa zəmin yarada bilər. Bu əməkdaşlığın region üçün ən böyük töhfəsi sülh və sabitliyin qorunub saxlanılması ola bilər”.

Şəhla Cəlilzadə qeyd edib ki, hazırda Ermənistanın yürütdüyü siyasət regional əməkdaşlığın təsisinə zərbə olaraq dəyərləndirilə bilər. Çünki, xarici güclərin bölgəyə çəkilib gətirilməsinə yol açır. Odur ki, "3+3" formatının tam uğuru və davamlılığı ilk növbədə regionda mövcud problemlərin sülhlə yekunlaşmasından və bu sülhün əldə olunmasına regionun 3 böyük gücünün dəstəyindən asılı olacaq.

“Dünyada yaşanan geosiyasi proseslər bölgələrin yenidən şəkillənməsilə nəticələnir. Hakim güclər əl dəyişdirir və mövqelər yenidən sabitlənir. Odur ki, Cənubi Qafqazda yeni nizamın təsis olunmasına Ermənistanın Azərbaycanın sülh şərtləri ilə razılaşıb qurucu mövqe sərgiləməsi, Gürcüstan-Rusiya münasibətlərinin, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, o cümlədən Türkiyə, Rusiya və İranın regiona dair milli mövqelərini uzlaşdıra bilməsi yol aça və bölgəmizin güclü geosiyasi çalxantılar olmadan yeni dünya trendləri ilə ayaqlaşmasına imkan verə bilər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri