Icma.az
close
up
RU
Ermənistanın “sülh” RİTORİKASI: Gerçək islahat, yoxsa beynəlxalq auditoriyaya OYUN?

Ermənistanın “sülh” RİTORİKASI: Gerçək islahat, yoxsa beynəlxalq auditoriyaya OYUN?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Cənubi Qafqazda sabitlik istəyən beynəlxalq güclər sülhdə maraqlıdır”.

Bunu Yenicag.az-a açıqlamasından siyasi şərhçi Rəfail Becanov deyib.

O, İsrail-İran münaqişəsi fonunda Ermənistanla Azərbaycan arasında sülh prosesinin canlanması ilə bağlı fikirlərini səsləndirib.

Siyasi şərhçi bildirib ki, İran-İsrail münaqişəsinin regionda yaratdığı bir çox neoreallıqlar var:

“Təbii ki, Ermənistan bu proseslərdən narahatdır. Regionda əsas müttəfiqi hesab etdiyi İran böyük bir müharibə ilə üz-üzədir. Bu müharibənin yekunlarını hələ birmənalı proqnozlaşdırmaq olmur. Bu narahatlıqdan dolayı da Ermənistanda müxtəlif siyasi konyunkturaya xidmət edən addımlar müşahidə edilir. Danışıqlar, bəyanatlar, müzakirələr fonunda varlıqlarını sığortalamaqla məşğuldurlar. Son illər arxa çevirdiyi, əslində isə hər zaman əsas himayədarlarından biri olan Rusiya ilə zəifləmiş münasibətlərinə tarazlıq gətirməyə çalışırlar. Bir neçə gün əvvəl Ermənistandakı Rusiya qoşunları ilə bağlı məsələyə münasibət bildirən Paşinyan hərbiçilərin ölkəsində qalacağını bildirib. Bu razılığın səbəbi mövcud reallıqla bağlıdır”.

R. Becanovun fikrincə, Paşinyanın Türkiyəyə səfərinin də arxasında dayanan alt məqsədlərdən biri də budur:

“Azərbaycanla sülh müqaviləsi ilə bağlı fəallaşma və sözdən irəli getməyən bəyanatların arxasında da bir neçə amil var. Bunlardan biri dünyada özünə sülhpərvər imici yaratmaq, digəri daxili təzyiqlərdən qorunmaq üçün ictimai dəstək axtarışı və gələcək seçkilərə hesablanmış elektorat bazasını hesablanıb. Sülhdən tez-tez danışmaqla Paşinyan özünə həm xaricdə, həm daxildə imic formalaşdırır. Təbii ki, Cənubi Qafqazda sabitlik istəyən beynəlxalq güclər sülhdə maraqlıdır. Paşinyana onların yanında özünün əvəzedilməz obrazını yaradır. O cümlədən sıravi adamlar üçün də sülh sözü həmişə  cəlbedicidir. Paşinyan da döyüş yox, sülh gətirmək istəyən obrazı ilə onları növbəti seçkilər üçün də “ovlamaq” istəyir”.

Onun sözlərinə görə, reallıq odur ki, hazırda revanşistlər və kilsə birləşərək, Paşinyanı sıxışdırır:

“Burada Rusiyanın da təsiri var və açıq-aşkar onlara dəstək verirlər. Lakin Ermənistanda sülh söz kimi mövcuddur, əməllər buna adekvat deyil. Ermənistan sülh müqaviləsi ilə bağlı hansı şərtlərə əməl etdi ki, müqavilə də imzalansın? Zəngəzur dəhlizi ilə bağlı məsələ açıq qalır. Konstitusiya dəyişikliyi müzakirə edilmir, Azərbaycanla sərhəddə yerləşdirilmiş Qərbin çuğul dəstəsi bölgədən çıxarılmayıb”.

“Ona görə də Ermənistan bu şərtlərə əməl etməyəcəyi təqdirdə sülh müqaviləsinin olacağı gözlənilən deyil. Ermənistan tərəfi sülhü manipulyasiya etməklə, beynəlxalq qorunma immuniteti yaratmağa və imicə oynayır. Sülh istəyən dövlət və ya onun rəhbəri ən azı şərtləri  rəsmi formada ictimai müzakirəyə çıxarardı. Bütün bunların heç birini etməyən şəxsin və dövlətin sülh müqaviləsi ilə bağlı bütün dedikləri sözçülükdür”, – deyə o, fikirlərini tamamlayıb.

"Cebheinfo.az" 

Açar sözlər: Ermənistan ritorika auditoriya Cənubi Qafqaz Rəfail Becanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri