Ersin Tatar: Lefkoşa Türk Gəncləri Akademiyasının yaradılmasını təklif edir
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 16 oktyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşanın Şimali Kiprdə Türk Gəncləri Akademiyası yaratmağa hazır olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Qazimağusa rayonunda keçirilən mitinqdə çıxış edən ŞKTC Prezidenti Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün nəticələrini yüksək qiymətləndirib.
"Bizi Azərbaycanda ən yüksək səviyyədə, müstəqil dövlətin nümayəndələri kimi qarşıladılar. ŞKTC xalqının mövqeyini TDT ölkələrinin rəhbərlərinə çatdırmaq imkanım oldu”, -deyə Tatar bildirib.
Kipr türklərinin lideri ŞKTC-ni “Şərqi Aralıq dənizində TDT-nin strateji qalası” və “180 milyonluq Türk dünyasının ayrılmaz hissəsi” adlandırıb.
Siyasətçi qeyd edib ki, Qəbələ sammiti zamanı Türk Gəncləri Akademiyasının yaradılması təşəbbüsü ilə də çıxış edib. O əlavə edib: “Bu Akademiyanın fəaliyyəti müasir çağırışlar kontekstində dünyanın müxtəlif ölkələrindən olan gənclərin üfüqlərini genişləndirməyə kömək edəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















