Icma.az
close
up
RU
Əsas diqqət Trampa yönəlib: Hamı gözləyir ki...

Əsas diqqət Trampa yönəlib: Hamı gözləyir ki...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Son vaxtlar Rusiya-Ukrayna münaqişəsi yeni mərhələyə qədəm qoyub.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin danışıqlardan yayınmasını və hücumları davam etdirməsini xüsusi olaraq vurğulayıb. Bu isə tərəflər arasında sülh prosesini daha da mürəkkəbləşdirir. Belə şəraitdə beynəlxalq tərəfdaşların rolu yalnız sanksiyalar və iqtisadi məhdudiyyətlərlə məhdudlaşmır. Müharibənin gedişatına real təsir göstərmək üçün diplomatik, hərbi və strateji addımların koordinasiyalı şəkildə atılması vacib sayılır.

Proseslər zamanı diplomatik, hərbi və siyasi mexanizmlərin əhəmiyyəti ön plana çıxır. Məsələn, tərəfdaş ölkələrin Ukrayna ordusuna silah və hərbi texnologiya dəstəyi, kəşfiyyat məlumatlarının paylaşılması, strateji məsləhətlər və təlimlərin təşkili münaqişənin gedişatına birbaşa təsir edir. Bununla yanaşı, Rusiya üzərinə əlavə beynəlxalq təcrid mexanizmlərinin tətbiqi - diplomatik əlaqələrin məhdudlaşdırılması, beynəlxalq tədbirlərdən uzaqlaşdırılması, maliyyə sistemlərindən kənarlaşdırılması - uzunmüddətli təsir yarada bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Rizvan Hüseynov bildirib ki, Rusiyaya təsir mexanizmləri kifayət qədər mürəkkəbdir:

"Burada əsas rolu Amerika Birləşmiş Ştatları oynamalıdır. Trampın elan etdiyi “dedlayn” artıq başa çatıb - sentyabrın 2-si və ya 3-ü tamamlandı. Bundan sonra əsas diqqət ABŞ-yə yönəlib. Hamı gözləyir ki, Rusiyaya qarşı hansı növ yeni sanksiyalar tətbiq ediləcək və Ukrayna ordusuna hansı yeni silah növləri ya birbaşa satılacaq, ya da Avropa tərəfdaşları vasitəsilə göndəriləcək”.

Rizvan Hüseynov: Atəşkəs formulu hələlik real görünmür

Onun sözlərinə görə, təəssüf ki, hazırkı mərhələdə münaqişə tərəfləri müharibənin davam etməsində maraqlı görünürlər:

"Atəşkəs formulu hələlik real görünmür. Ümumi sülh razılaşması istiqamətində də tərəflərin mövqeləri üst-üstə düşmür. Avropa tərəfdaşlarının da müharibənin uzanmasında müəyyən maraqları olduğu müşahidə edilir”.

Sonda politoloq qeyd edib ki, belə bir şəraitdə Ukraynaya hərbi-siyasi dəstəyin daha da artırılması gözlənilir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri