Icma.az
close
up
RU
“Əsas məsələ davamlılıq və sistemli işləməkdir”

“Əsas məsələ davamlılıq və sistemli işləməkdir”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycanda futbolun inkişafı məsələləri müzakirə edilən zaman ilk toxunulan mövzulardan birincisi uşaq futbolu, akademiyaların mövcud durumudur.

Daha əvvəl “Şamaxı” klubunda işləyən, hazırda “Qarabağ”ın U-15 komandasına rəhbərlik edən Vüqar Əsgərli ilə uşaq futbolunun durumu ilə bağlı söhbətləşdik. Mütəxəssis əvvəlcə komandasındakı durumdan söz açdı:

“Komandada atmosfer yaxşıdır. Məqsədimiz tək nəticə deyil, hər bir uşağın texniki və taktiki inkişafını təmin etməkdir. Mövsüm ərzində həm komanda olaraq kollektiv oyunumuzda, həm də fərdi inkişafda nəzərəçarpacaq irəliləyişlər müşahidə olunub. Bəzən nəticə istədiyimiz kimi olmur, amma bu yaş mərhələsində əsas olan odur ki, futbolçular düşünməyi, qərar verməyi və komanda ruhunu öyrənsinlər”.

Əsgərli uşaq futbolunun son illərdə inkişafda olduğunu qeyd etdi. Mütəxəssis mütəxəssislərin və klubların işə yanaşmasının tənqid olunmasına münasibət bildirdi:

“Tənqidlər var və bu, normaldır. Amma son illərdə çox müsbət dəyişikliklər də baş verib. Məsələn, bəzi akademiyalarda müasir məşq metodları tətbiq olunur, UEFA kurslarına qoşulan məşqçilərimiz artıb. Fiziki hazırlıq, psixoloji dəstək və qidalanma ilə bağlı da yeni yanaşmalar formalaşır. Əsas məsələ — davamlılıq və sistemli işləməkdir. Bu sahədə atılan hər bir addım gələcək üçün sərmayədir”.

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda yarışacaq. Yeni gələnlər – “İmişli”, “Karvan” və “Qəbələ” bölgə təmsilçiləridir. Əsgərli komanda sayının artması, futbol coğrafiyasının genişlənməsinin uşaq futboluna təsirlərindən söz açdı:

“Komanda sayının artması və bölgə klublarının elitaya gəlməsi müsbət haldır. Çünki bu, futbolun inkişafı üçün bir neçə istiqamətdə təkan olacaq. İlk növbədə bölgələrdəki uşaqlar üçün stimul yaranacaq. Çünki komandanın elitada olması əlavə motivasiyadır. Həm də azarkeş baxımından kütləvilik olacaq. Başa çatan mövsümdə bölgələrdə keçirilən oyunlarda azarkeş marağını gördük. 

Eyni zamanda, rəqabət genişlənir, bu da ümumi səviyyəyə müsbət təsir edir. Çünki komanda sayının artması daha çox gənc futbolçunun oynamaq şansı deməkdir. Əgər bu komandalar struktur baxımından düzgün idarə olunarsa, yəni akademiyası olan, yerli futbolçu yetişdirən sistemlər qurulsa bu, milli komandalar üçün də çox böyük qazanc olar. Ancaq nəzərə alaq ki, məsələ tək sayın artması deyil. Keyfiyyətin artması da mühüm məsələlərdəndir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 İyun 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri