Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Əsas platforma: İnkişaf məktəbə hazırlıq qruplarından başlayır

Əsas platforma: İnkişaf məktəbə hazırlıq qruplarından başlayır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


 Uşaq və gənclərin fiziki və mənəvi baxımdan müsbət istiqamətdə inkişafında məktəbəqədər və ibtidai təhsilin rolu danılmazdır. Başlanğıcın sağlam təməllər üzərində qoyulması uşaqların yeniyetməlik çağına sağlam qədəm basmasını təmin edir. Bu mənada uşaq bağçaları - məktəbəqədər təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Uşaqların ibtidai sinfə hazırlığının hansı dərəcədə olması da məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətindən asılıdır. 


Təhsilin növbəti pilləsi olan ibtidai təhsilin keyfiyyəti isə özünü qısa zamanda büruzə verir. Bu gün ölkəmizdə orta məktəb şagirdləri beynəlxalq yarışlarda, fənn olimpiadalarında qalib olurlarsa, burada ibtidai təhsilin də payı yüksəkdir. Bu günlərdə Ucar rayonu Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Minayə Hacılı Bakıda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasının Qızıl medalını qazanıb. Verilən məlumata görə, Minayə dünyanın 140-dan çox ölkəsində təşkil olunan "İnternational Math Challenge" Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edib. 30 sualdan 29-nu düzgün cavablandıran və yarışmanı rəqiblərindən tez bitirməklə qalib gələn ucarlı şagird öz kateqoriyası üzrə Azərbaycanda birinci, digər ölkələr üzrə isə 16-cı sırada qərarlaşıb. Minayə hələ ikinci sinifdə təhsil alarkən riyaziyyata həvəs göstərirmiş. O, IV sinif üzrə imtahanda riyaziyyatdan yaxşı bal toplayıb və müəllimlərinin inamını qazana bilib. İlk olimpiadada iştirak edən Minayə uğur əldə edəcəyinə inanmasa da, gümüş medal qazanıb. Bu qalibiyyət onda özünəinamı artırıb və o, imtahanlarda, olimpiadalarda daha çox iştirak etməyə başlayıb. Nəticə isə özünü çox gözlətməyib, beynəlxalq olimpiadada da qızıl medal əldə edib. Minayənin qarşıdakı hədəfi Respublika Fənn Olimpiadasında qalib olmaqdır. Məktəbin direktoru Sevinc Səmədova deyib ki, hər bir şagirdin yaxşı nəticə göstərməsi, beynəlxalq olimpiadalarda fərqlənməsi üçün kənd və ya şəhər məktəbində oxumasının fərqi yoxdur. Məktəb daxilində məktəb-valideyn-şagird münasibətləri düzgün qurularsa, istənilən nəticəni əldə etmək mümkündür. Mütəxəssislər qeyd edir ki, uşaq və yeniyetmələrin intellektual inkişafında fənn olimpiadaları böyük əhəmiyyət daşıyır. Cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib ki, ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib. İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər. Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb. Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.


Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov qeyd edir ki, uşaqların təhsil pillələri üzrə inamla addımları məktəbə hazırlıq qruplarından başlayır. Və məktəbəhazırlıq qrupları uşaqları məktəb həyatına hazırlayan əsas platformadır: 

- Burada söhbət təkcə təhsildən getmir. Həmçinin uşaqların fiziki tərbiyəsi, sağlamlığı da əsasdır. Uşaqlar məktəbəhazırlıq qruplarında təmsil olunan zaman həm də dəqiq qrafik üzrə, rejimlə hərəkət etməyi də öyrənirlər. Bu, onları məktəb həyatına hazırlayır. Məktəbəhazırlıq dərsləri elə qurulmalıdır ki, uşaqlar müəyyən bilik və bacarıqlar əldə etməklə yanaşı, eyni zamanda fiziki sağlamlıq da qazansınlar. Parta arxasında düzgün əyləşmək, bədənin gimnastikası, müxtəlif idman hərəkətləri, düzgün qidalanma, vaxtın düzgün bölüşdürülməsi, bunlar hamısı fiziki sağlamlığı təmin edən məsələlərdir. Təbii ki, məktəbəhazırlıq qruplarında müəllimlər uşaqların mənəvi inkişafına da xüsusi diqqət etməli, onlarda müsbət keyfiyyətlərin formalaşmasına daha çox əzm göstərməlidirlər. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 22 min 698 uşaq cəlb olunub. Bu uşaqların məktəbə hazırlıq səviyyəsi qruplarda çalışan müəllimlərdən asılı olacaq. 

Ekspert bildirdi ki, uşaqların zərərli vərdişlərdən qorunması günün əsas tələblərindən biridir: 

- Bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri bir neçə orta məktəbdə keçirildi. Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması idi. Ümumilikdə 516 şagirdin iştirak etdiyi təlimlərdə ETX-nin əməkdaşı “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı məlumatlar verdi. Bundan başqa, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gələcəyin mühəndisi” V respublika müsabiqəsi keçirildi. Bununla bağlı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən verilən məlumatda qeyd olunurdu ki, RUGİM və "Tusi-Bohm Planetarium"un birgə əməkdaşlığı ilə keçirilən müsabiqənin məqsədi ekoloji, enerji effektli və resursların qənaətinə yönəlik kosmik mühəndislik və tədqiqatlara gənc nəslin marağını artırmaq, məktəblilərin astronomik biliklərinin əhatəsini genişləndirmək, bu sahədə bacarıqlı kadrları aşkarlamaq olub. Müsabiqə üzrə ümumilikdə 350 müraciət daxil olub. Canlı və onlayn formatda keçirilmiş seçim turunda respublikanın 20-yə yaxın bölgəsinin ümumtəhsil məktəb və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 150 şagird iştirak edib. Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi Bakı Dövlət Universitetinin, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Milli Aviasiya Akademiyasının, "Tusi-Bohm Planetarium"un, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən aparılıb. Həmçinin ümumtəhsil müəssisələrində daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə başlanan monitorinqlər də davam etdirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsili idarəetmə bölmələri (Regional Təhsil İdarələri) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin birgə təşkil etdiyi monitorinqlərdə hər iki qurumun nümayəndələri, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. Monitorinqlər zamanı şagirdlərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na riayət etmə vəziyyəti yoxlanılıb, məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı maarifləndirmə aparılıb. Bununla yanaşı, dərsə davamiyyət, məktəbli formalarının istifadəsinin vacibliyi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib. Monitorinq nəticəsində aşkarlanan nöqsanların səbəbləri müzakirə olunub və həlli yolları məktəb rəhbərliyinə təqdim edilib. Bununla yanaşı, yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya qarşı mübarizə” və “Kəsici, deşici alətlərin, qadağan olunmuş əşyaların istifadəsinin qarşısının alınması” mövzularında təqdimatlar keçirilib. Qeyd edək ki, bu tip monitorinqlər nizam-intizamın təmin edilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ardıcıl və planlı şəkildə həyata keçirilir. Bütün bu tədbirlər, aparılan monitorinqlər uşaq və gənclərin sağlam inkişafı məqsədi daşıyır.        

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri