Icma.az
close
up
RU
Əsgərimizin ölümü: həbs edilən var KONKRET

Əsgərimizin ölümü: həbs edilən var KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunun ölümü ilə bağlı hərbi-hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.

Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.

Mərhum əsgərin atası məhkəmədə ifadə verərək R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.

Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi-hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri