Icma.az
close
up
RU
“Əslində Rusiya Əsədi xilas etməyə çalışdı, amma sonra artıq özünü xilas etmək haqda düşündü...”

“Əslində Rusiya Əsədi xilas etməyə çalışdı, amma sonra artıq özünü xilas etmək haqda düşündü...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Siyasət real fəaliyyətdir. Real fəaliyyəti bacaran qalib gəlir. Reallıqdan kənarda özlərinə xəyal dünyası qurub orada yaşayanlar isə elə orada da qalır...”

“Suriyada son baş verənlərdə iştirak edən tərəflərin hər birinin davranışlarını əsaslandıran kifayət qədər obyektiv səbəblər var. Çox təəssüf ki, bizim cəmiyyətdə, yəni Azərbaycanda bir çox mövzulard olduğu kimi, bu mövzuda da bütün mülahizələr, ehtimallar daha çox konspiroloji və ya uydurma xarakteri daşıyır. Və ya kimlərsə manipulyasiya məqsədilə xüsusi dezinformasiyalar yayır”. 

Bunu Moderator.az-a açıqlamasında “Rusiya Bəşər Əsəd rejimini doğrudan qoruya bilmədi, yoxsa bəzilərinin iddia etdiyi kimi, sadəcə “kiminləsə, hansısa sövdələşməyə görə” onu qurban verdi” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Birinci ondan başlayaq ki, Bəşər Əsəd rejimii niyə məğlub oldu. Çünki o, məğlub olmalıydı.  Onun ordusunun, idarəçiliyinin vəziyyəti Bəşər Əsəd diktaturasına başqa şans qoymurdu.  İkincisi, Əsəd ona görə məğlub oldu ki, müxalifət həm hərbi, həm də siyasi cəhətdən daha yaxşı hazırlaşmışdı.  Artıq öz sıralarında filtrasiya aparıb öz sıralarını müəyyənləşdirmişdi. Və belə görünür ki, hərbi taktikanı da seçmişdi”, -deyə davamında analitik diqqətə çatdırıb.

“Əslində Rusiya Bəşər Əsədi xilas etməyə çalışdı. İndi dövriyyəyə müxtəlif yanlış məlumatlar, dezinformasiyalar buraxırlar ki, guya Kreml Əsədi məqsədli şəkildə qurban verdi, guya kiminləsə anlaşdı. Yalan söhbətdi. Üsyançıların hücumları qarşısında Rusiyanın ilk addımı nə oldu; İdlibi, Hələbi bombalamaq. Amma sonra dayandı- başa düşdü ki, bu bombardmanların heç bir əhəmiyyəti olmayacaq. Çünki Əsəd ordusu tam olaraq mənəviyyatsızlaşıb,  psixoloji məğlubiyyətə uğrayıb, rejimin də heç döyüşmək, mübarizə aparmaq qabiliyyəti yoxdur. Nəticədə Rusiya geri çəkildi və artıq özünü xilas etmək haqda düşündü", - təhlilçi belə deyib. 

Ekspert İran və Türkiyənin də sözügedən proseslərdəki roluna da toxunub.

“İran nə etdi? İran “HƏMAS”-ın İsrailə hücumu ilə başlayan və bir ildən artıq çəkən müharibədə özünün proksi qüvvələrini xeyli zəiflətdi və itirdi. Yəni “HƏMAS” da, “Hizbullah” da ağır itkilər verdi. Düzdü, “HƏMAS” heç vaxt Suriya prosesinə qarışmayıb, amma “Hizbullah” orada əsas oyunçulardan biri idi. İranın da gücü bura qədər idi... 

Türkiyə isə ötən müddətdə intensiv iş aparmışdı və Suriyadakı silahlı müxalifətin bir hissəsi ilə əlaqələr qurmuşdu. Elə həmin əlaqələrdən də yararlanaraq prosesləri nəzarətə götürdü... 

Xülasə, biz bütün bu obyektiv-subyektiv səbəbləri kənara qoyub nəyə görə kimlərinsə yanlış mülahizələrini, dezinformasiyalarını, məqsədli, pis niyyətli şayiələrini şərh etməliyik? Reallıq budur. Siyasət real fəaliyyətdir. Real fəaliyyəti bacaran qalib gəlir. Reallıqdan kənarda özlərinə xəyal dünyası qurub orada yaşayanlar isə elə orada da qalır.  Hər şey bu qədər sadədir”, - deyə Ərəstun Oruclu vurğulayıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri