Icma.az
close
up
RU
Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq?

Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2 % və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5 % və ya 242 min baş azalıb.

Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 878 baş), Bərdə (108 031 baş) və Cəlilabad ( 92 499 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan (278 178 baş), İmişli (252 482 baş), Quba (241 574 baş) rayonlarındadır. Nəzərə alaq ki, bu ilin 9 ayında ölkəyə diri qoyun və keçi idxalı 271 971 baş, diri iribuynuzlu heyvanların idxalı isə 89 610 baş təşkil edib.

Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 492,1 min ton ət istehsal edilib. Ölkəyə ət idxalının artmasına baxmayaraq, ümumi heyvandarlıq göstəriciləri azalma tendensiyasını davam etdirir.

Demək ki, belə getsə, qoyun əti 30 manat olacaq. Bu nə ilə bağlıdır?  

"Cebheinfo.az"a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu kimi qiymətləndirmələr aparılarkən təkcə kəmiyyət göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərinə diqqət yetirilməsi daha məqsədəuyğundur. 

O qeyd edib ki, çünki kəmiyyət göstəricilərinə baxdıqda müəyyən istiqamətlər üzrə azalma müşahidə olunur:

"Biz əks istehsalın həcminə baxanda burada müəyyən artımlar görürük. Düzdür, ərzaq balansının struktur təhlili aparanda görürük ki, bu artımlar tələbin artımını tam qarşılaya bilmir və bəzi hallarda idxal yenə də alternativ mənbə kimi istifadə olunur.

Amma faktiki olaraq, indiki şərtlər daxilində bəzi məhsullara illik tələb son 5 ildə təxminən 7 faiz artıbsa, həmin dövrdə ətin istehsalında təqribən 11 faiz artım görmək olur. Təbii ki, bu statistikaya tam etibar etmək olmaz. Çünki ən zəif statistika kənd təsərrüfatı sahəsində, yəni aqrar seqmentdədir".

Ekspert əlavə edib ki, rəsmi statistika real bazar vəziyyətini əks etdirmir:

"Eyni zamanda, burada istehsalçıların təxminən 97 faizi fərdi ailə təsərrüfatlarıdır və bu sahədə uçot çox zəif formada təşkil olunduğu üçün rəsmi statistika ilə real bazar faktorları çox vaxt üst-üstə düşmür. 

Məsələn, istehsal artdığı halda qiymətlərin bahalaşması, qıtlıqla müşahidə olunan halların olması və ya paralel olaraq idxalın da artması kimi ziddiyyətli məqamlarla qarşılaşırıq. Buna görə də rəsmi rəqəmlər əsasında dərin təhlil aparmaq mümkün olmur".

Onun sözlərinə görə, aqrar sahədə real dəyişiklik yoxdur, statistika sadəcə şişirdilmiş rəqəmlərin "köpüyü"nün sönməsi ilə azalır:

"Fikrimcə, əslində bu sahədə ciddi bir dəyişiklik baş vermir. Sadəcə son dövrlərdə bu istiqamətdə uçotun təkmilləşdirilməsi ilə bağlı atılan addımlar bu və ya digər şəkildə şişirdilmiş və qeyri-dəqiq rəqəmlərin “köpüyü”nün azalması fonunda baş verir. Statistik göstəricilərdəki azalmaların səbəblərindən biri də məhz budur.

Ümumilikdə Azərbaycan həm iqlim dəyişikliklərinin təsiri, eyni zamanda qeyri-effektiv aqrar siyasətin yaratdığı mənzərə ilə bağlı zəif məhsuldarlıq problemi yaşayan ölkələrdən biridir. Yəni bu sahədə istehsal modelinin uğursuzluğu ilə üzləşmiş ölkələrdən biriyik. Bu da artıq öz təsirini həm qiymətlərdə, həm bazarda, həm də təchizat zəncirində fasilələrin yaranmasında göstərir. Hesab edirəm ki, bu proses gələcək dövrdə də qiymətlərin artmasına gətirib çıxara bilər".

O bildirib ki, burada ən uğurlu model daha az resursun sərf edilməsiylə daha çox məhsulun istehsalıdır, yəni intensiv istehsal modelinə keçiddir:

"Bunun üçün də peşəkar təsərrüfatçılığın bu və ya digər şəkildə təşfiq edilməsi ən vacib faktorlardan biridir. Amma paralel olaraq bizim regionlarda ailə təsərrüfatlarının fəaliyyətinin də səmərəliliyi məsələsi mütləq nəzərə alınmalıdır.

Son 30 ildə tənzimlənməyən urbanizasiya və nəzarətsiz daxili miqrasiya nəticəsində regionlarda torpaq sahələrində işləyən enerji gücü kəskin şəkildə azalıb".

Rəşad Həsənov vurğulayıb ki, kənd əhalisinin şəhərlərə axını aqrar sektorun məhsuldarlığını ciddi şəkildə aşağı salır:

"Azərbaycanda aqrar sektor fiziki gücə dayanmış bir sektordur. Bu kateqoriyadan olan insanların kütləvi şəkildə fərqli bölgələrə, xüsusilə şəhərlərə getməsi və kənd yerlərində daha yaşlı və fiziki imkanları məhdud insanların qalması da fərdi təsərrüfatların Azərbaycanda aqrar sektorun məhsuldarlığına töhfəsini aşağı salır.

Bu və ya digər şəkildə bunun yolu tapılmalıdır. Bu səbəbdən həmin təsərrüfatların yenidən Azərbaycan iqtisadiyyatına qaytarılması, yenidən həmin təsərrüfatlarda olan resursların bu və ya digər şəkildə istifadə edilməsi də qarşıda dayanan çağırışlardan biridir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Ət bazarı qiymət Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri