Icma.az
close
up
RU
Ət rekord səviyyədə bahalaşacaq BU TARİXDƏ

Ət rekord səviyyədə bahalaşacaq BU TARİXDƏ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda ət yenidən bahalaşıb. Bakıda və rayonlarda pərakəndə ət satışı məntəqələrində qiymətlər artıb. Belə ki, mal ətinin qiyməti 17-18 manat olub. Qoyun ətinin qiyməti isə 25 manata qədər bahalaşıb.
Maraqlıdır ki, əvvəlki illərdə yay aylarında ətin qiymətində nisbətən ucuzlaşma müşahidə olunurdu. Lakin bu il tam əksi baş verdi və ət qiymətləri məhz yay aylarında yüksəlməyə başladı.
Bəs, bahalaşmaya səbəb nədir?
 

MÖVZU İLƏ BAĞLI:
Mal əti BAHALAŞIB görün neçəyə oldu – QİYMƏTLƏR


Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, ətin qiymətinin qalxmasının bir neçə səbəbi var:
“Əsas səbəb odur ki, tələb təklifi üstələyir. Bu gün bazara lazım olduğundan az ət çıxarılır. Bu da qıtlıq və bahalıq yaradır. Qıtlığı da yaradan səbəblər var. Birincisi, heyvanlar üçün yem məhsullarının qiyməti həm daxildə, həm də idxalda artıb. Bu, heyvandarlıq təsərrüfatlarının məhsullarını maya dəyərini yüksəldir. Baytarlıq preparatları, yanacaq, nəqliyyat və elektrik xərcləri də heyvandarlıqda əlavə yük yaradır.
İkincisi, örüş sahələrinin olmamasıdır.
Bu gün kənddə insanlar 10-15-dən artıq davar saxlaya bilmir. Çünki əvvəlki kimi geniş örüş sahələri yoxdur. Örüş problemi iri buynuzlu heyvanlar üçün də mövcuddur. Bu səbəbdən iri buynuzlu heyvanlar qapalı şəraitdə saxlanılır. Bu isə əlavə xərclərin yaranmasına səbəb olur. Ümumiyyətlə, örüş sahəsindəki problemin dərinləşməsi ilbəil ət istehsalını aşağı salır. Tələbatın ödənilməsi üçün son zamanlar idxalın həcmi artıb. Lakin bu sahədəki inhisarçılıq da problemə əlavə “rəng” qatır”.
Müsahibimiz qeyd edib ki, əvvəlki illərdə ənənəvi olaraq yayda ətin qiyməti aşağı düşürdü:
“Çünki isti havalarda əti keyfiyyətli saxlamaq mümkün deyil.  Eyni zamanda, yay mövsümündə insanlar daha çox tərəvəz yeməklərinə üstünlük verir. Həmçinin yay aylarında toyların sayı azalır. Bunun hesabına da ətə tələbat xeyli azalırdı. Lakin son iki ildə vəziyyət dəyişib. Artıq yay günlərində də ət bahalaşır. Bu gedişlə payız aylarında biz ətin rekord qiymətləri ilə üzləşəcəyik”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri