Icma.az
close
up
RU
Ət və süd məhsulları ucuzlaşa bilər... VACİB AÇIQLAMA

Ət və süd məhsulları ucuzlaşa bilər... VACİB AÇIQLAMA

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Azərbaycanda maldarlığın zəif inkişafı ölkənin ət və ət məhsulları, eləcə də süd məhsulları ilə bağlı idxaldan asılılığını artırır. Əgər əvvəl qonşu ölkələrin bazarından ət və diri heyvanlar alınırdısa, artıq Monqolustandan belə ətlər gətirilməyə başlayıb. Bu isə keyfiyyəti və dadına görə yerli ətdən qat-qat aşağı olan məhsulların bazarlara ayaq açması deməkdir. 

Üstəgəl son aylarda regionlarda geniş yayılmış dabaq xəstəliyi ilə bağlı ajiotajın  yaranması, mal bazarlarının bağlanması vəziyyəti daha da acınacaqlı hala gətirdi. 

Bəs görəsən, çıxış yolu nədir? Ölkəmizdə ən gəlirli sahə olan maldarlığın inkişafını necə bərpa edə bilərik? Bunun  üçün hansı addımlar atılmalıdır?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirdi ki, Azərbaycanda maldarlığın inkişafı üçün ilk növbədə zəbt olunmuş örüş yerləri azad edilməlidir:

"2000-ci ildən başlayaraq bələdiyyələr qanunsuz şəkildə örüş sahələrini zəbt edərək satmağa başladılar. 2016-cı ildən başlayaraq, otlaq sahələrində müxtəlif məmurlar, iş adamları və digər şəxslər tərəfindən pambıq əkilməyə başlandı. Otlaq sahələrini zəbt edən üçüncü bir tərəf dövlətin yaratdığı aqroparklardır. Hazırda aqroparkların istifadəsində olan torpaqların 70 -80 faizi keçmiş dövlət fondu torpaqlarına aid otlaqlardır. Bunlar yenidən örüş üçün qaytarılmalıdır. Üstəgəl işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı üçün şərait yaradılmalıdır".

Qeyd edək ki, hazırda bu sahədə yaşanan problemlərdən biri yem bazasının zəifliyi və yüksək xərc tələb etməsidir: Maldarlıq təsərrüfatlarının əksəriyyəti qış aylarında bahalı hazır yemə möhtac qalır. Ölkənin müxtəlif bölgələrində otlaq sahələri ya qeyri-bərabər bölüşdürülüb, ya da keyfiyyəti aşağıdır. Bu isə məhsuldarlığı birbaşa aşağı salır.

Digər bir məsələ seleksiya və damazlıq işlərinin yetərsizliyidir. Yerli cinslərin məhsuldarlığı dünya standartları ilə müqayisədə hələ də aşağıdır. Damazlıq təsərrüfatlarının sayının az olması və müasir seleksiya metodlarının tam tətbiq edilməməsi bu problemi daha da kəskinləşdirir.

Baytarlıq xidmətlərinə əlçatanlığın məhdudluğu da maldarlığa zərbə vuran amillərdəndir. Xüsusilə ucqar kəndlərdə baytar xidmətlərinin gecikməsi xəstəliklərin artmasına və heyvan itkilərinə səbəb olur. Profilaktik tədbirlərin zəif təşkili də əlavə risklər yaradır.  Köhnə tövlə sistemləri, sanitar-gigiyena normalarına uyğun olmayan şərait, avtomatlaşdırmanın olmaması həm məhsuldarlığı, həm də heyvanların sağlamlığını aşağı salır.

Bazara çıxış imkanlarının zəifliyini də qeyd etmək lazımdır. Çünki kəndli və fermerlər əsas stimul satış kanallarıdır. Vasitəçilərin çoxluğu nəticəsində istehsalçı qazancı azalır, məhsulun qiymətində isə süni artım yaranır.

Bütün bu problemlər həllini taparsa, maldarlıq kənd təsərrüfatının digər sahələrinə nisbətdə daha sürətlə effekt verən və geri dönüşü intensiv olan sahə kimi qısa zamanda dirçələ bilər. Bu halda bazarlarda ət və süd məhsulları ilə bağlı təklifin çoxluğu qimyətlərin də ucuzlaşmasını qaçılmaz edəcək. 

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri