Icma.az
close
up
RU
Etibar məsələsi, yoxsa inad? PKK sözünə əməl edəcəkmi?

Etibar məsələsi, yoxsa inad? PKK sözünə əməl edəcəkmi?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırx ildən çoxdur ki, Türkiyə dövləti ilə mübarizə aparan və ona ciddi problemlər yaradan PKK terror təşkilatının qurucusu Abdullah Öcalan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının çağırışına əsasən, fevralın 27-də onu ziyarət edən DEM Partiyası heyəti ilə birlikdə tarixi açıqlama verdi.

Öcalan təşkilatı qurultay çağırmağa, silahı yerə qoymağa və özünü ləğv etməyə çağırdı. Lakin PKK və onun Suriya qolu YPG bu çağırışı müsbət qarşılasalar da, silahı yerə qoyacaqları təqdirdə demokratik mübarizə aparacaqlarına şəraitin yaradılması və təhlükəsizliklərinə zəmanət tələb ediblər. Qeyd etmək yerinə düşər ki, PKK artıq atəşkəs də elan edib. Bu barədə qondarma PKK İcraiyyə Komitəsi bəyanat yayıb. Açıqlamada təşkilatın rəhbəri Abdullah Öcalanın çağırışına əməl edildiyi bildirilib.

Bəs PKK/YPG silahlı mübarizədən əl çəksə, siyasi mübarizə necə olacaq? Ələlxüsus, terrorçular qanuni siyasi mübarizəyə qoşula bilərlərmi? Ən əsası isə - Öcalanın aqibəti necə olacaq?

Oxu.Az-ın suallarını Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu cavablandırıb. O, Öcalanın çağırışının Türkiyə və dünya gündəmində geniş müzakirəyə səbəb olduğunu bildirib:

"Prezident Rəcəb Tayyib Ərdoğan Öcalanın bəyanatını şərh edərək bildirdi ki, Türkiyəni qandallardan xilas etmək mübarizəmizdə qarşımıza çıxan əngəllərdən biri də məlum terror bəlası idi. "Türkiyənin 40 ildir ki, terrorla verdiyi imtahanda çox ciddi problemlərlə rastlaşdıq. Terror, sadəcə, dövlətimizin bütövlüyü və millətimizin rifahını deyil, eyni zamanda, demokratiyamızı, iqtisadiyyatımızı və dinc siyasəti də hədəf aldı. Ölkəmizdə uzun illərdir ki, terror təhlükəsi siyasətçilər tərəfindən siyasəti formalaşdırmaq üçün alət kimi istifadə olunur. İndi isə qarşımızda tarixi bir fürsət var. İmperializmin bu coğrafiyada hiyləgər və çirkin planının pozulması, sadəcə, ölkəmizin deyil, regionumuzun da inkişafı üçün əlverişli olacaq. Türkü və kürdü ilə bu millətin heç bir fərdi prosesi çıxılmaz vəziyyətə gətirən heç kimi bağışlamayacaq. İnanırıq ki, bu kritik dövrü sakit, soyuqqanlı və səmimi idarə etmək ən doğru qərardır. Təbii ki, bu problemin tamamilə bitməsini istəməyənlər də olacaq, hər cür təxribata qarşı ən yüksək səviyyədə ehtiyatlı olmaq üçün bütün lazımi tədbirləri görəcəyik", - prezident dedi.

Təbii ki, terror təşkilatının tərk-silah edilməsi ilə bağlı narahatlığını gizlətməyən CHP də prosesə müdaxilə etmək üçün açıqlamalar verir. Yeri gəlmişkən, CHP sədri Özgür Özel ölkə başçısını qaralamaq məqsədilə iddia edib ki, bir ildir ki, şəxsən Ərdoğanın təlimatları əsasında Öcalanla gizli danışıqlar aparılır. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə bildirib ki, bütün proseslər şəffaf şəkildə aparılır və dövlət heç kimlə alış-veriş etmir. Ədliyyə naziri Yılmaz Tunç da Öcalanın bəyanatını şərh edərək bildirib ki, "terror təşkilatı öz liderinin çağırışına cavab verməsə, qanunun aliliyi çərçivəsində bu mübarizə qətiyyətlə davam edəcək". MHP lideri Dövlət Bağçalının apreldəki çağırışından sonra PKK-nın siyasi qanadı olan DEM Partiyası heyətinin də məsələyə ciddi yanaşdığını və prosesi yaxından müşahidə etdiyini görürük.

Lakin Qəndil bölgəsindəki (terrorçuların yerləşdikləri əsas region) terrorçular Öcalanın çağırışına məsafəli davranırlar, hətta "silahı niyə yerə qoymalıyıq?" kimi açıqlamalar verənlər də olur. Lakin onlar Öcalanın çağırışını qulaqardı edə bilməzlər, çünki onun kürdlər arasında xüsusi çəkiyə malik olduğunu və simvolik də olsa, imicinin qaldığını bilirlər. Ona görə də bu bəyanata mənfi cavab verib təklifi geri çevirə bilməzlər. Amma prosesi uzatmağa cəhd də istisna deyil. Lakin silahı yerə qoymayıb Türkiyəyə hücumlarını davam etdirəcəklərini açıqlamağa cəsarət etməyəcəklər. Çünki onlar da bilirlər ki, bu halda Türkiyə hərtərəfli əməliyyatla onları darmadağın etməyə hazırdır".

"Təbii ki, terrorçular yenə də faəliyyətlərini davam etdirsələr, Türkiyədəki kürdlər arasında hörmət və etibarlarını itirəcək, eləcə də demokratik yolla siyasi arenada qalmaq istəyən DEM Partiyası üçün problemlər yaranacaq. Beləliklə, terror təşkilatı ilə onun siyasi qanadı arasında parçalanma meydana gələcək. Zənnimcə, onların heç biri bunu istəmir. Düşünürəm ki, onlar prosesi mümkün qədər uzatmağa çalışacaqlar, amma son qərarları silahı yerə qoymaq və təşkilatın ləğvi olacaq", - deyə müsahibimiz əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri