Icma.az
close
up
RU
Etiraf edirlər ki, İranın təhlükəsiz orqanlarının mövqelərinə İsrailə məxsus casus şəbəkəsi ciddi şəkildə sızıb

Etiraf edirlər ki, İranın təhlükəsiz orqanlarının mövqelərinə İsrailə məxsus casus şəbəkəsi ciddi şəkildə sızıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya amilini əlində saxlamaq cəhdləri Sepah üçün çox önəmlidir. Artıq onların birlikdə əməkdaşlığı getdikcə, xüsusilə hərbi sahədə gücləndirilir və bunlar üçün çox önəmlidir ki, həm də Rusiyaya göstərsinlər ki, burada sənin geopolitik maraqların İran üzərindən qorunub saxlanılır. Təbii ki, bu da özlüyündə dərin bir prosesdir. İsrailin Mossad Farsi kanalında yaydığı informasiya əsas buna köklənib ki, "İranda güc mərkəzlərinin içində bir parçalanma var". Bu, reallıqdır və bu illər öncədən mövcud olan bir prosesdir ki, aparılır və İran adlanan ölkədə bu gün, əsas üç güc bloku var: İslam İnqilabı Keşikçiləri Korpusu və onun təhlükəsizlik orqanları, dini rəhbərin ofisi və Müctəba Xamneyinin yaratdığı şəbəkə, islahatçı və mühafizəkar adlandırılan siyasi cərəyanlar.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əsas güc İslam İnqilabı Keşikçiləri Korpusu və onun təhlükəsizlik oqranlarının əlindədir.

Sadiq İsabəyli

"Dini rəhbərliyin ofisi və Müctəba Xamneyi o prosesi birlikdə çalışırlar ki, koordinasiya etsinlər. Yəni hər şeyi İslam İnqilabı Keşikçiləri Korpusu və onun təhlükəsizlik orqanlarının əlinə vermək onlar üçün ciddi risk daşıyan məsələlərdən biridir. Çünki həm də deyirlər ki, İranın təhlükəsiz orqanlarına İsrail casus şəbəkəsi ciddi şəkildə sızıb. Artıq qərarverici orqanların içində yerləşirlər. Yəni sırf əməkdaş kimi fəaliyyət göstərsinlər, xəbər toplasınlar kimi məsələdən daha dərindir. Belə ki, onlar ölkənin ictimai-siyasi proseslərində rejimin tutumlarında qərarverici mövqedə olan casuslardır. Bunun təbii ki, reallıq payı da var. Bunları da neytrallaşdırmaq üçün rejim ciddi şəkildə çaba göstərir. İndi ona nə qədər nail olub olmayacağı özü ciddi bir sualdır. Amma bunun üçün çalışırlar.

Məlumatlara görə, xeyli sayda İslam İnqilabı Keşikçilərinin kəşfiyyat və təhlükəsizlik orqanlarında çalışan yüksək rütbəli adamlarından həbsxanalarda olanlar vardı. Onlar dindirilir, bəziləri gizli şəkildə öldürülür. Yəni onların öz içlərində də ciddi problemləri var. Bu da o demək deyil ki, hər şeyi idarə edirlər. Amma əsas xətti qoruyub saxlamaq onlar üçün çox əhəmiyyət daşıyır. Bu istiqamətdə təbii ki, çox işlər görməyə çalışırlar. Yəni o islahatçı, mühafizəkar kəsimin və cərəyanların idarə olunması, onların qarşıdurmalarının nəzarətə alınması çox önəmlidir. Onlar bilirlər ki, bu proses uzunmüddətli davam edə bilməz. Əli Xameneinin səhhətinin ağır olduğu bir şəraitdə ölkənin daxili və xarici siyasətinin dini rəhbər tərəfindən tam idarə edilmə məsələsi olmadan o proseslər davam etməz. Bu səbəbdən də, müvəqqəti idarəetmə modeli əsasında "kölgə şurası", ayrı-ayrı adlarla idarəçiliyi o şəkildə davam etdirməyə çalışır"-deyə Sadiq İsabəyli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri