Etirazçılara ilk ölüm hökmü 26 yaşlı gənc sabah edam olunacaq FOTO
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda davam edən genişmiqyaslı etirazlarla bağlı 26 yaşlı Erfan Soltaninin edam olunacağı barədə məlumatlar yayılıb.
Bakupost.az “Guardian”a istinadən xəbər verir ki, insan hüquqları qrupları etiraz dalğası ilə bağlı ilk edam cəzası olacaq bu hökmün sürətlə icra ediləcəyindən ciddi narahatdırlar.
Soltani keçən həftə paytaxt Tehran yaxınlığındakı Kərəc şəhərində keçirilən nümayiş zamanı saxlanılıb və “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə ölüm cəzasına məhkum edilib. İnsan hüquqları təşkilatları onun layiqli hüquqi müdafiədən məhrum edildiyini və sabah (yanvarın 14-də) edam edilə biləcəyini qeyd ediblər.
Qruplar iddia edir ki, bu cəza ədalətli məhkəmə prosesi olmadan qəbul edilib və bunun ardınca daha çox etirazçının edam olunacağına dair kütləvi icra riskləri mövcuddur. Beynəlxalq hüquq müdafiəçiləri bu addımı sərt tənqid edərək dünyanı etirazçıları qorumağa çağırır.
İranda anti-hökumət nümayişləri iqtisadi narazılıqlardan başlayaraq daha geniş siyasi tələb və hərəkatlara çevrilib. Proteslər artıq ölkə daxilində internet qapanmasına, minlərlə saxlanmaya və yüzlərlə ölümlərə səbəb olub. Rəsmi Tehran rejimi isə protestləri “qiyam” kimi qiymətləndirərək sərt şəkildə yatırır.

Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















