Icma.az
close
up
RU
Etnik savaş növbəsi Avropaya çatır Ekspert

Etnik savaş növbəsi Avropaya çatır Ekspert

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zahirən eyni görünsə də, birgə fəaliyyət göstərsələr də, Avropa İttifaqı və ora üzv ölkələr daxilində də müəyyən çəkişmə və ziddiyyətlər mövcuddur".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya ilə müharibənin başlanması fonunda Avropa İttifaqı ölkələrində daxili düşmənçiliyin alovlanma ehtimalını şərh edərkən deyib:

"Vaxtaşırı bu ziddiyyət və çəkişmələr özünü büruzə verir. İndiki halda, istər Ukrayna, istərsə də Rusiyaya münasibətdə bu məqamlar özünü göstərir. Ümumiyyətlə, son dövrlər Avropa İttifaqına daxil olan dövlətlər daxilində də müəyyən etnik çəkişmələr, ekstremist fəaliyyətlər genişlənib. Bu, bir faktdır. Ola bilsin ki, bu amil hələlik özünü yalnız Rusiya ilə Ukrayna arasında müharibənin başlanması ilə bağlı göstərir. Bununla yanaşı, qurum daxilindəki çəkişmələr də son nəticədə Avropada etnik problemlərin güclənməsi, bu istiqamətdə çəkişmələrin artmasına gətirib çıxara bilər".

Həmsöhbətimizin fikrincə, "köhnə qitədə” müharibəyə münasibətdə müxtəlif fikirlər olduğundan, Qərblə Rusiya arasında başlanması ehtimal edilən müharibə son nəticədə Aİ ölkələri daxilindəki münasibətləri də gərginləşdirəcək:

"Qərbin əleyhinə olan qüvvələr bu ölkələr daxilindəki müharibə tərəfdarları ilə əleyhdarları arasındakı çəkişmələrə öz maraqları naminə etnik don da geyindirə bilərlər".

Qeyd edək ki, bir sıra ekspertlərin fikrincə, Rusiya ilə müharibə başlasa, bu, Avropa İttifaqı məkanında daxili düşmənçiliyin yenidən alovlanmasına münbit şərait yarada bilər. Onların fikrincə, Avropada "üstü örtülmüş" tarixi milli-etnik ziddiyyətlər yaxın gələcəkdə "qoca qitə" ölkələrinə həmçinin dağıdıcı vətəndaş müharibələri də vəd edir.

Ukrayna savaşının inkişaf istiqamətləri qlobal müharibə əlamətləri ilə yüklənməyə başlayıb. Bəzilərinin iddasına görə, Bayden administrasiyasının səlahiyyətlərinin sona çatmaq üzrə olduğu bir mərhələdə atdığı yolverilməz addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə maksimum səviyyədə yaxınlaşdırıb. İddialara görə, Rusiya ilə Qərb arasında başlanması ehtimal edilən müharibə son nəticədə Avropa İttifaqı ölkələri daxilində milli, dini, etnik zəmində çəkişmələrə də gətirib çıxara bilər. Bildirirlər ki, III Dünya müharibəsi "qoca qitə"də baş verəcə və Avropa ölkələri tezliklə bir-birinə qarşı savaş açacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri