Icma.az
close
up
RU
Ətraf mühit böhranı dərinləşir: Qlobal istiləşmə ilə yeni temperatur rekordları qırılacaq

Ətraf mühit böhranı dərinləşir: Qlobal istiləşmə ilə yeni temperatur rekordları qırılacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) qarşıdakı 5 ilə diqqət çəkərək, hər il yeni istilik rekordlarının qırıla biləcəyi barədə xəbərdarlıq edib.


Sherg.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı, ətraf mühit şüurunu artırmaq və qlobal miqyasda hərəkətə keçmək məqsədilə 1973-cü ildə qəbul etdiyi qərarla 5 iyun tarixini Ümumdünya Ətraf Mühit Günü elan edib.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşəbbüsü ilə keçirilən tədbirlərdə hər il 150-dən çox ölkədən qeyri-hökumət təşkilatları, yerli icmalar, hökumətlər və şirkətlər ətraf mühit problemlərinə diqqət çəkmək və həll yolları axtarmaq üçün bir araya gəlir.


ƏN İSTİ İL

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında 2024-cü ilin 175 illik müşahidə tarixinin ən isti ili olduğu qeyd olunur.


İSTİLİYİN ARTACAĞI PROQNOZLAŞDIRILIR


2024-cü ildə 1,5 dərəcəlik artım həddi ilk dəfə keçilib. 2025-2029-cu illər arasında isə hər il üçün qlobal orta illik temperaturun sənaye öncəsi dövrün ortalama temperaturundan 1,2 ilə 1,9 dərəcə daha yüksək olacağı proqnozlaşdırılır.

Paris Sazişi ilə müəyyən olunan temperatur hədəfinin müvəqqəti də olsa aşılmasının gələcəkdə daha tez-tez yaşanacağı gözlənilir.


“DƏNİZ SƏVİYYƏSİ ARTACAQ”

Hesabatda bildirilir ki, temperaturda hər bir dərəcəlik artım daha təhlükəli istilik dalğalarına, quraqlıqlara, buzlaqların əriməsinə, okeanların istiləşməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq.


“MƏNFİ TƏSİRLƏR ARTIR”


ÜMT-nin Baş katib müavini Ko Barrett deyib: “Ən isti 10 ili yeni yaşadıq. Təəssüf ki, bu hesabat qarşıdakı illərdə hər hansı bir yüngülləşmə əlaməti göstərmir. Bu isə iqtisadiyyatlarımıza, gündəlik həyatımıza, ekosistemlərimizə və planetimizə artan mənfi təsirlər deməkdir.”


ƏTRAF MÜHİT ÜÇÜN YENİ ADDIMLAR

Digər tərəfdən, bəzi ölkələr ətraf mühit üçün yeni addımlar atmağa başlayıb.

Fransada hava çirkliliyinə qarşı başlanan “Aşağı Emissiyalı Zona” tətbiqi çirklilik səviyyəsini azaldıb.

Bu tətbiqə əsasən, ən çox hava çirkliliyi yaradan köhnə mühərrikli nəqliyyat vasitələrinin şəhər daxilində hərəkəti qadağan edilib.

Qaydalara görə, 20 ildən köhnə dizel və 25 ildən köhnə benzinli nəqliyyat vasitələri orta və böyük ölçülü şəhərlərin mərkəzlərində hərəkət edə bilməyəcək. Qadağanı pozanlara 68 ilə 135 avro arasında cərimə tətbiq olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri