ETX: Media qurumlarına ən çox fişinq hücumları olur
Icma.az bildirir, Apa.az portalına istinadən.
Son zamanlar ölkədə media subyektləri bəzi kiberhücumlara məruz qalıb.
“APA-Economics” xəbər verir ki, bunu media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə deyib.
O bildirib ki, media qurumlarının məruz qaldığı hücumlar içində ilk yerdə fişinq hücumları dayanır:
“Fişinq hücumların 80-90%-i “initial access” dediyimiz ilkin başlanğıc fişinq hücumları nəticəsində olur. İnsan faktoru və ani bir diqqətsizlik böyük bir media orqanının infrastrukturunun sıradan çıxmasına gətirir. Digər sırada sosial media hesablarının ələ keçirilməsi gəlir. Biz bu hal ilə də çox rastlaşmışıq. Bir çox media subyektinin sosial media hesabları ələ keçirilir və orda yanlış xəbərlər yayılır. Sonrakı sırada DDoS hücumları gəlir. Bu daha çox xidmətin dayandırılması hücumudur. Burda qəsdli şəkildə həmin subyektin fəaliyyətinin dayandırılması hədəflənir. Sonrakı sırada məlumat sızmaları var ki, bəzi media qurumlarında təhlükəsizlik tədbirlərinə riayət edilmədiyinə görə məlumatlar əvvəlcədən sızdırılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















