Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

“Eurovision”un Asiya variantı başlayır

“Eurovision”un Asiya variantı başlayır

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Eurovision” artıq öz ənənəvi sərhədlərini aşır. Bu il tamaşaçılar tanış qaydalar əsasında, lakin yeni coğrafiya və daha böyük ambisiyalarla Asiya ölkələrini birləşdirən yeni format görəcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) yeni beynəlxalq müsabiqənin – Eurovision Song Contest Asia layihəsinin başladığını elan edib. Bu, brendin Avropadan kənara atdığı ilk bu qədər böyük addımdır.

Şounun finalı 2026-cı il noyabrın 14-nə planlaşdırılıb və Tailandın paytaxtı Banqkokda keçiriləcək. Bununla təşkilatçılar Asiya regionu üçün yeni musiqi cazibə mərkəzi yaratmağa çalışır.

Format yeni görünsə də, brend əvvəllər də qismən coğrafi sərhədləri aşmışdı. Məsələn, Avstraliya artıq bir neçə ildir klassik Eurovision müsabiqəsində iştirak edir.

Debüt müsabiqəsində bir sıra Asiya ölkələrinin iştirakı gözlənilir. Mart ayının sonuna olan məlumata görə iştirakını təsdiqləyən ölkələr bunlardır: Cənubi Koreya, Filippin, Tayland, Vyetnam, Malayziya, Kamboca, Laos, Banqladeş, Nepal və Butan.

Bununla belə, müsabiqənin konsepsiyası hələ tam təsdiqlənməyib. Müxtəlif illərdə təşkilatçılar 9-dan 15-ə qədər ölkənin iştirakı ilə fərqli formatları nəzərdən keçirib və layihə dəfələrlə təxirə salınıb, həmçinin keçirilmə yeri dəyişdirilib.

Əlavə maraq doğuran məqamlardan biri də Avstraliyanın mümkün qoşulmasıdır. Bu, eyni ölkənin müsabiqənin iki versiyasında paralel iştirakı kimi presedentsiz hal ola bilər.

Asiya debütə hazırlaşdığı vaxt, Avropa yubileyə hazırlaşır. May ayında Eurovision 2026-nın 70-ci müsabiqəsi keçiriləcək. Tədbir Vyanada baş tutacaq və şou Wiener Stadthalle arenasında təşkil olunacaq. Yarımfinallar mayın 12 və 14-də, böyük final isə mayın 16-da keçiriləcək.

Bu il iştirakını 35 ölkə təsdiqləyib ki, bu da son illərin ən aşağı göstəricilərindən biri sayılır. İştirak edən ölkələr arasında Ukrayna, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, İsveç, Polşa, Serbiya, Avstraliya və İsrail var.

Qeyd edək ki, İspaniya, Niderland, İrlandiya, Sloveniya və İslandiya iştirakdan imtina edib. Bunun səbəblərindən biri İsrailin iştirakı ətrafında gedən müzakirələrdir. Bunun əvəzində Bolqarıstan, Rumıniya və Moldova müsabiqəyə geri qayıdır.

Eurovision artıq sadəcə musiqi şousu çərçivəsini aşaraq qlobal mədəni fenomenə çevrilib. 1956-cı ildə başladığı vaxtdan bəri bu müsabiqə hər il yüz milyonlarla tamaşaçı toplayır.

Bundan əlavə, İspaniya silahlı münaqişədə olan ölkələrin “Eurovision”da iştirakının məhdudlaşdırılması ilə bağlı müzakirələrin başlanmasını təklif edib. Xüsusilə Ukrayna və İsrail nəzərdə tutulur. Bu açıqlama 24 fevral 2026-cı ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin dördüncü ildönümündə RTVE kanalında səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri