Icma.az
close
up
RU
Ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Bu ərazilərdə yaşamaq ÖMRÜNÜZÜ QISALDA BİLƏR

Ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Bu ərazilərdə yaşamaq ÖMRÜNÜZÜ QISALDA BİLƏR

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Corciya Universitetinin alimləri diqət çəkən araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, işlək yolların yaxınlığında yaşamaq səs-küy və havanın çirklənməsi səbəbindən demensiyanın inkişaf riskini 10% artırır. Araşdırmanın nəticələri Aging Research Reviews (ARR) jurnalında dərc olunub. 
Araşdırmalara görə, ətraf mühitin çirklənməsi çoxsaylı sağlamlıq problemlərinə səbəb olur və həmçinin vaxtından əvvəl ölüm riskini artırır.
 

MÖVZU İLƏ BAĞLI:
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR


Bu amilin idrak qabiliyyətlərinə və beyin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər mövzu ilə bağlı əvvəllər dərc olunmuş 21 elmi məqalənin nəticələrini təhlil ediblər.
Alimlər bildirirlər ki, demensiya xəstəliyinin inkişaf riski havadakı təhlükəli toz və yüksək miqdarda azot oksidi ilə təmasda olduqda artır. Bu çirkləndiricilər atmosferə avtomobillərin qazı, kömür, neft, dizel yanacağı, təbii qaz və tütün məmulatlarının yanması ilə daxil olur. Qaz sobaları və kerosin qızdırıcıları da azot oksidi buraxır.
“Bu insanın uzun həyat yaşamasına əngəl yaradır”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, meqapolislərdə nəqliyyat vasitələrinin sıx hərəkətdə olduğu  yol kənarlarında yaşamaq insan sağlamlığına mənfi  təsir göstərir, ömrün qısalmasına səbəb olur:
“Halbuki sakit və nəqliyyat vasitələrinin az hərəkətdə olduğu, habelə atmosfer havasının daha təmiz saxlanıldığı yerlərdə uzunömürlülərin sayının çox olması statistik göstəricilərlə təsdiqlənib. Yolda hərəkətdə olan avtomobillərdən yanacaq tullantısı kimi atılan zərərli qazlar atmosfer havasını çirkləndirməklə havada sıx konsentrasiya yaradır. Bunun fonunda  atmosfer havası çirkənir, tənəffüs zamanı oksigenlə birlikdə zəhərli azot qazları, karbon və digər nitrit birləşmələri də orqanizmə daxil olur, nəticədə toxumalarda metabolizm prosesi pozulur.
Metabolizmin pozulması orqanizmdə  immun sistemi zəiflədir, həm də toxumalarda mühit reaksiyası neytraldan turşu və qələvi istiqamətində dəyişməklə bufer sistemlərinin pozulmasına səbəb olur.
Bufer sistemin pozulması isə insanın ömrünün uzun olmasına əngəl yaradır. 
Eyni zamanda, avtomobillərin sıx hərəkət etdiyi yolların kənarında yaşayan insanların sinir sistemində həmişə oyanıqlıq müşahidə olunur. Sinir sistemi oyanıqlığı paralel olaraq humoral sistemin pozulmasına səbəb olur. Bu da öz növbəsində hüceyrələrdə enerji balansının tükənməsinə yol açır ki, bu hal da ömrün qısalmasını şərtləndirən amillərdəndir”.
“Yuxu rejimi pozulur və xroniki yorğunluq sindromu əmələ gəlir”
Müsahibimiz əlavə edib ki, yolda hərəkətdə olan avtomobillərin səs-küyünün orqanizmə oyadıcı təsiri normal yuxunu pozur:
“Bunun fonunda da insanlar aktiv istirahət edə bilmirlər. Ardıcıl səslərin gəlməsi mərkəzi sinir sisteminin oyanmasına və  beyin mediatorlarının miqdarının pozulmasına səbəb olur. Seratoinin miqdarı azalır, yuxu rejimi pozulur və xroniki yorğunluq sindromu əmələ gəlir. Bu da orqanizmin yaşlanmasına və ömrün qısalmasına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri