Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır NƏLƏRDİR?
Icma.az, Milli.az saytına istinadən bildirir.
"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, bu məqsədlə allergen immunoterapiyadan istifadə oluna bilər:
"Müalicə nəticəsində orqanizm allergenə tədricən öyrəşdirilir və uzunmüddətli rahatlıq əldə edilə bilər".
Qeyd edib ki, allergiyadan qorunmaq üçün ev mühitində bir sıra tədbirlər görülməlidir:
"Evin mütəmadi havalandırılması və rütubətin normada saxlanılması, tozcuqların çox olduğu günlərdə pəncərələrin bağlı saxlanılması, çöldən gəldikdən sonra geyimin dəyişdirilməsi, burunun yuyulması və duş qəbul edilməsi, yataq dəstlərinin həftədə bir dəfə isti suda yuyulması, xalça və toz toplayan tekstil əşyalarının minimuma endirilməsi məsləhətdir".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 29 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















