Icma.az
close
up
RU
Evdə turşu hazırlayarkən nələrə diqqət etməli? Doğru bildiyimiz yanlışlar

Evdə turşu hazırlayarkən nələrə diqqət etməli? Doğru bildiyimiz yanlışlar

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay ayları istirahət mövsümü sayılır. Həmçinin digər fəsillərə nisbətən bu zaman meyvə-tərəvəzlərin çeşidlərinin bolluğu insanların qışa hazırlıq görməsinə şərait yaradır.

Əksər evlərdə yayda qış üçün azuqələr - kompotlar, mürəbbələr, turşular və digər məhsullar hazırlanır. Bunun həmçinin pula qənaət baxımından əlverişli olduğu düşünülür. Amma təəssüf ki, yayda bağlanan məhsullardan zəhərlənmə halları da qaçılmaz olur.

Bəs, nəyə diqqət etməliyik ki, sağlamlığımız üçün təhlükə yaranmasın?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, turşu güclü antioksidant təsirə malikdir. Eyni zamanda lif və probiotiklərlə zəngindir, tərkibində müxtəlif vitamin və minerallar var ki, bunlar da orqanizmin immun sistemini gücləndirir.

Dediyinə görə, turşunun bu qədər faydalı olması onun təhlükəsiz olduğunu göstərmir. Ekspert bildirib ki, əgər turşu düzgün şəraitdə hazırlanmasa və ya normadan artıq istifadə olunarsa, bu, ciddi sağlamlıq problemlərinə, hətta zəhərlənməyə və ölümlə nəticələnən hallara səbəb ola bilər.

F.Səfərov qeyd edib ki, turşunu istehlak edərkən onun hansı şəraitdə hazırlandığına xüsusi diqqət yetirmək vacibdir.

O, ən yaxşı seçimin sənaye üsulu ilə hazırlanmış, istehsal tarixi və saxlanma şəraiti göstərilən məhsullar olduğunu nəzərə çatdırıb.

Müsahibimiz bildirib ki, əgər turşu ev şəraitində hazırlanırsa, bəzi vacib qaydalara əməl etmək mütləqdir:

“İlk növbədə, turşu hazırlamaq üçün istifadə etdiyiniz meyvə və tərəvəzləri mövsümündə və tam təzə vəziyyətdə almalısınız. Bu məhsullar çürük, əzilmiş və zədələnmiş olmamalıdır. Onları hazırlamadan əvvəl çox yaxşı yumaq lazımdır. Turşunu qoyacağınız qablar da eyni qaydada qaynar su ilə yaxşıca yuyulmalı və sterilizə edilməlidir. Ən yaxşısı turşunu şüşə balonlarda və ya şüşə qablarda saxlamaqdır. İstifadə etdiyiniz qapaqlar da sağlam, əyilməmiş və təmiz olmalıdır. Onları da qaynar su ilə yuyaraq istifadə etməlisiniz”.

Qisa eksperti onu da vurğulayıb ki, turşu hazırlayarkən istifadə olunan duz və su nisbəti də çox vacibdir. F.Şərifov izah edib ki, bu nisbət düzgün fermentasiya prosesinin getməsinə, yəni turşunun sağlam şəkildə yetişməsinə səbəb olur.

Turşunu hazırladıqdan sonra onu isti yerdə yox, sərin və qaranlıq bir yerdə saxlamaq lazımdır. Belə ki, gün işığı düşən və ya temperaturu yüksək olan mühitlər turşunun tez xarab olmasına gətirib çıxarır:

“Əgər bir neçə gün sonra turşunun suyu bulanıqlaşarsa, üzərində ağ təbəqə və ya kif yaranarsa, qapağı şişərsə, həmin məhsul artıq istifadə üçün yararsız hesab olunur. Bəzən insanlar kiflənmiş hissəni təmizləyərək yenidən yeməyə çalışırlar. Bu isə çox təhlükəlidir və zəhərlənməyə səbəb ola bilər. Sağlam turşu sərt və parlaq olur, özünəməxsus qoxusu olur. Əgər turşu yumşalıbsa və ya xoşagəlməz qoxu verirsə, onu yemək olmaz”.

Fərid Səfərov: Gün işığı düşən və ya temperaturu yüksək olan mühitlər turşunun tez xarab olmasına gətirib çıxarır

Turşudan zəhərlənmədən danışan Fərid Səfərov diqqətə çatdırıb ki, zəhərlənmə bəzən dərhal hiss olunmur. Onun sözlərinə görə, halsızlıq, ürəkbulanma, başgicəllənmə, qarın ağrısı və ya qusma kimi əlamətlər müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazımdır. Tibb müəssisəsinə çatana qədər bol su içməyin tövsiyə olunur.

Həmsöhbətimiz mənşəyi məlum olmayan, xüsusilə yol kənarlarında, açıq havada satılan turşu məhsulları ilə bağlı məsələyə də toxunub. Dediyinə görə, bu məhsulların hansı gigiyenik şəraitdə hazırlandığı bilinmədiyi üçün onların istehlakı sağlamlıq üçün risk daşıyır. Eyni zamanda insanlar özlərinin hazırladığı və ya aldığı turşu məhsullarının istehsal tarixinə və saxlanma müddətinə mütləq diqqət yetirməlidir.

F.Səfərov qeyd edib ki, turşu hər kəs üçün uyğun deyil. Xüsusilə körpələr, xroniki xəstəlikləri olan insanlar, hamilə və süd verən qadınlar, yaşlı şəxslər bu məhsullardan uzaq durmalıdır. Onların orqanizmi turşunun tərkibində olan maddələrə qarşı daha həssasdır və bu, ciddi fəsadlara yol aça bilər.

“Bütün bu məqamlara diqqət yetirməklə həm sevdiyimiz ləzzəti qoruyub saxlaya, həm də sağlamlığımızı riskə atmadan onu istehlak edə bilərik. Sağlam qidalanaraq sağlam yaşamaq mümkündür”,- deyə Fərid Səfərov fikirlərini tamamlayıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri