Icma.az
close
up
RU
“Əvəzedicilər liqasının ləğvi bir neçə gəncin futbolla vidalaşmasına səbəb olacaq”

“Əvəzedicilər liqasının ləğvi bir neçə gəncin futbolla vidalaşmasına səbəb olacaq”

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əvəzedicilər liqasının ləğvini istəməzdim. Bunun bir neçə səbəbi var. Çünki bu çempionat akademiya ilə əsas komanda arasında tramplin rolunu oynayır. Gənc oyunçular əvəzedici komandada böyük futbolun qapısını döyməyə başlayır. Bu liqanın ləğvi aşağı yaş milli komandalara da təsir edəcək. Çünki U-17 və U-19 yığmalarımıza əsasən əvəzedicidə oynayan uşaqlar dəvət alır.  Ən önəmlisi, bu çempionatın ləğvi bir neçə gəncin futbolla vidalaşmasına səbəb olacaq”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı baş məşqçi Zaur Həşimov AFFA-nın Əvəzedicilər liqasının ləğvinə hazırlaşdığı iddiaları barədə danışarkən deyib. “Zirə 2″nin çalışdırıcısı daha sonra belə davam edib:

“Növbəti mövsümdən legioner limiti də ləğv edilir. Bu qərar yalnız gənc yox, yaşlı futbolçuların da karyerasına təsir edəcək. Bu mövsüm bir neçə komanda gənclərə Premyer Liqada debüt şansı verdi. Məsələn, “Sabah”da oynayan Xəyal Əliyevi deyə bilərik. Onun əsas komandaya yüksəlişi əvəzedicidən başlayıb. Eyni zamanda “Şamaxı”dan Rauf Rüstəmli, Edqar Adilxanov, “Səbail”dən Emini, Orucu, “Sumqayıt”dan Nadirlə Sənanı da bu siyahıya əlavə edə bilərik. Son iki turda “Qarabağ”da debüt edən Aminlə Hikməti də qeyd edək. Bu uşaqlar hamısı əvəzedici heyətdə oynayaraq Premyer Liqaya yüksəliblər. Legioner limitinin ləğvini nəzərə alsaq, gənc oyunçular üçün əsas komandaya çıxmağın yeganə yolu əvəzedicilər liqasıdır.

Çünki bu çempionat da maraq, rəqabət var. Son iki mövsümə nəzərə salsaq, liqanın necə maraqlı keçdiyini görə bilərik. Gənclərdə oyunlara çıxmaq üçün böyük stimul yaranıb. Bu mövsüm də çempion son turda bəlli oldu. Mövsüm ərzində kifayət qədər həyəcanlı və prinsipial qarşılaşmalara şahidlik etdik. Bütün bunlar gənclərin inkişafına töhfə verir. Əvəzedici komandaların I Liqada çıxışı isə belə olmayacaq. Bunlar stimulsuz yoldaşlıq oyunlarına bənzəyəcək”.

Həsən Quluzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 27 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri