Icma.az
close
up
RU
Evindən və qoyun quzusundan olan Şəki sakini 100 min manatdan çox ZİYANA düşüb FOTO

Evindən və qoyun quzusundan olan Şəki sakini 100 min manatdan çox ZİYANA düşüb FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verildiyi kimi , Şəkinin Oxud kəndində eyni vaxtda ev, mal tövləsi və yardımçı tikilidə baş verən güclü yanğını heç cürə söndürə bilməyiblər.
Bizim.Media-nın hadisə yerində olan əməkdaşına zərərçəkən ailənin başçısı Vaqif Həmidov yanğının səbəbləri barədə bunları deyib:

“Mən artıq yatmışdım. Gəlin arxa pəncərədən keçərkən otun yandığını görüb, qışqırıb. Biz də gəlib nə qədər su töksək də, söndürə bilmədik. Yuxarıdan yəni evlə tövləni birləşdirən yardımçı tikilinin üzərindən elektrik naqili keçir. Amma naqil ota çatmırdı. Ya ordan qığılcım düşüb, nə olubsa orada baş verib ki, yanğın törəyib” - deyən Vaqif Həmidov sözlərinə onu da əlavə edir ki, tövldə 80 baş qoyunu, 3 baş mal-qarası olub. Qoyunlardan 25 başı, onların da 20 baş quzusu tələf olub, digərləri kənd sakinləri və yanğınsündürənlər tərəfindən xilas edilib. Evə gəldikdə isə ailə üzvləri ancaq bir neçə dəst pal-paltar və çox cüzi əşyalarını çıxara bilib. Ailə başçısı ümumilikdə ona 100 min manatdan artıq ziyan dəydiyini bildirir.

Qeyd edək ki, 7 otaqrlı, ümumi sahəsi 640 kvadratmetr olan ikimərtəbəli yaşayış evində, 120 kvadratmetr mal tövləsində və 60 kvadratmetrlik yardımçı tikilidə eyni vaxtda baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və 20 yaxın şəxsi heyəti cəlb olunub.
Yanğının miqyası böyük olduğundan ev əşyaları ilə, mal tövləsi içərisində olan ot bağlamaları və yardımçı tikilinin yanar konstruksiyaları ilə birlikdə yanıb.
Bu gün səhər saatlarından Oxud kənd sakinləri hadisə yerində təmizlik işlərinə başlayıb. Kənd icra nümayəndəsi Oruc Əhmədovun sözlərinə görə hazırda təmizlik işləri görülür.

“Yanğın elə bir vəziyyət almışdı ki, heç nəyə köməklik edə bilmədik. Şükürlər insanlar arasında təlafat yoxdu. Bu gün yır-yığış işləri aparırıq. Allahın izni ilə bizim camaat yaxşı camaatdı. Belə işlərdə fəal iştirak edirlər. Camaatın birliyi və köməyi ilə nə lazımsa ailəyə eləyəsiyik” deyən Oruc Əhmədov bütün kənd icmasının, xarici ölkələrdə yaşayan həmkəndlilərinin bu işdə fəallıq göstərəcəyinə inamını ifadə etdi. İcra nümayəndəsi sözlərinə onu da əlavə edir ki, insanlara daima əmlaklarını sığorta etmələri barədə tövsiyyə vermələrinə baxmayaraq nədənsə hələ də bu işə ciddi yanaşmırlar.
Oruc Əhmədov bütün kəndin bir araya gəldiyini və yanğın fəsadlarının aradan qaldırılması üçün çalışdığını, tezliklə evin tikintisinə başlanılacağını bildirdi.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri