Icma.az
close
up
RU
Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....

Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin bu gün keçirilən iclasında "Əmək Məcəlləsi” və "Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı deputat Göydəniz Qəhrəmanov bildirib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji tibb müəssisəsinin verdiyi müayinə rəyinin də təqdim olunması məqsədəuyğun olardı.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, narkomaniyadan əziyyət çəkən şəxslərin nikaha daxil olmaları məqsədəuyğun deyil:

"Bu gün ölkədə narkomaniyanın statistik göstəriciləri ciddi şəkildə yüksəkdirsə, təbii ki, narkomaniyadan gizli və ya açıq şəkildə əziyyət çəkən şəxslərin nikaha daxil olmaları məqsədəuyğun sayılmır. Çünki belə hallarda onların nikaha girməsi nəticəsində dünyaya gələcək uşaqların sağlamlıq riskləri artmış olur. Bu da gələcəkdə daha ciddi sosial problemlərin yaranmasına səbəb ola bilər. Narkomaniya təkcə kişilər arasında deyil, qadınlar arasında da günbəgün artmaqdadır. Ona görə də nikaha daxil olan hər iki şəxsin mütləq qaydada narkoloji müayinədən keçməsi vacibdir. Əgər hər hansı şəxsdə narkomaniya xəstəliyi aşkar olunarsa, həmin şəxslərin nikahının dövlət qeydiyyatına alınmasından imtina edilməsi məqsədəuyğun hesab oluna bilər”.

O bildirib ki, bununla bağlı inzibati məsuliyyət tədbirlərinin də tətbiq olunması doğru olardı:

"Hətta bununla bağlı inzibati məsuliyyət tədbirlərinin də tətbiq olunması zəruri ola bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslər müəyyən reabilitasiya proqramlarına cəlb olunmaqla və müalicə nəticəsində tam sağala bilirlər. Buna görə də sağaldıqdan sonra həmin şəxslərin nikaha daxil olmaları və nikahın dövlət qeydiyyatına alınması mümkün ola bilər”.

Şahanə ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Aprel 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri